Bunu bilmək üçün bədən kütləsi indeksini hesablayın. Bədən kütləsi indeksini bu formul ilə müəyyən edirlər:
Bədənin kütləsini (kq), boyun metrlə hesablanan ölçüsünün kvadratına bölürlər - bədən çəkisi (kq):boy (m2).
Məsələn, əgər sizin boyunuz – 1m 60 sm (1,6), çəkiniz isə 65 kq olarsa, bədən kütləsi indeksini təyin etmək üçün siz belə hesabat aparmalısınız = 65:(1,6x1,6) = 65:2,56 = təxminən 25,4.
Nəticəni aldıqdan sonra cədvələ baxın:Bədən kütləsi indeksi,
20-dən az - Çəkiniz normadan azdır
20,0-24,9 - Norma
25-29,9 - Artıq bədən çəkisi
30-34,9 - Yüngül piylənmə (I dərəcə)
35-39,9 - Orta piylənmə (II dərəcə)
40 və artıq - Ağır piylənmə (III dərəcə)