Bu silmvollardan ibarət yazı üslubu qədim almanlara aiddir. Hesab edilirdi ki, bu simvollar gələcəkdən xəbər verir, həmçinin uğur cəlb edir.
Lunar.az 10 simvoldan 1-ni seçməyi təklif edir ki, onlar sizə mütləq maraqlı nəsə danışacaq.
Seçməyi düşünmədən edin və çox vaxt sərf etməyin
Seçdiz? İndi səhifəni aşağıya doğru aparın və öz seçiminiz haqda lazımi şərhi oxuyun.
1. AtBu simvol məqsədə doğru hərəkəti, tərəqqini tərənnüm edir. Əgər siz onu seçibsizsə, deməli, müəyyən dəyişiklik etmənin vaxtı gəlib. Siz ilişib yerinizdə qalmısınız. Ola bilsin ki, bu iş və ya səhhətinizlə bağlıdır. Fiziki hərəkətlərlə məşğul olmağa başlamaq və rasion üzərində düşünməyə dəyər.
2. İrs"İrs" simvolu ayrılığı tərənnüm edir. Ola bilsin ki, sizin həyatınızda daha işləməyən, sizə artıq xeyri olmayan nədənsə imtina etməyin vaxtıdır. Bu insanlar arasında münasibətlər də ola bilər. Keçmişi kənara tullayaraq, siz yeni qapıları taybatay açacaqsınız və həyati arzularınızı yerinə yetirə biləcəksiniz.
3. ZubrBu simvol uğuru tərənnüm edir. Sizin çox güclü və müsbət enerjiniz var, amma hansısa xarici əlamətlərinizə görə, sizə etibar etmirlər. Xarici görünüş üzərində işləyin.
4. HədiyyəÇox güman ki, sevdiyiniz insanla və ya ailəniz ilə gərgin münasibətlərdəsiniz. Bu simvol birlik deməkdir, deməli, bütün daxili münaqişələri həll etməyə çalışmaq lazımdır. Bu rəmz əlverişli sayılır; Əgər siz onu seçdizsə, həyatda sizi yaxşı nələrsə gözləyir.
5. SığınBu, ətrafdakıların mənfi enerjisindən müdafiə rəmzidir. Sizdə yaxşı dostlar var, hansı ki, sizə çətin anda kömək edəcəklər. Lakin sizə daha çox özünüzə ümid etməyi öyrənmək lazımdır, o zaman həyatınızda daha əlverişli vəziyyət yaranacaq.
6. YolGörünür, səyahət etmək zamanı çatıb. Siz daxili dünyanız ilə harmoniyadasınız və yeni təşəbbüslərə və macəralara hazırsız. Sizin düşüncə və məntiqi təfəkkürünüz çox yüksək səviyyədədir. Biznesin başlanması və hər hansı strategiya hazırlamaq, eləcə də həyat keyfiyyətinin yaxşılaşdırılması üçün səy göstərin, sizdə alınacaq.
7. TozağacıTozağacı - doğum və dirçəliş simvoludur. Bu günlərdə ailənizdə xoşbəxt və əhəmiyyətli hadisə baş verməlidir. Bu simvol həm də o deməkdir ki, uzun müddət planlaşdırdığınız bir işi, indi həyata keçirmək vaxtıdır.
8. Hərb tanrısı (Tyur)Bu simvolun adı – Tyur - hərbi şücaətləri ilə məşhur olan bir varlıq haqda qədim alman inancıdır. Bu simvol onu tərənnüm edir ki, daxili cəngavərə müraciət etməyin vaxtı gəldi və başa düşməlisiz ki, siz çox şeyə qadirsiz. İdeyalarınız uğrunda cəngavər kimi mübarizə aparmalısınız. Bu simvol həm də sevgi baxımından çox yaxşı əlamətdir.
9. İnsanGörünür, siz çox inadkar adamsınız. Siz itaət və təvazökarlıq üzərində işləməlisiniz. Siz dünyanı ağ-qara olaraq görürsünüz ki, bu da həyatda çətinliklərin öhdəsindən gəlməkdə çətinlik yaradır. Dəyişməyə başlamaq lazımdır. Hadisələrə başqa bucaq altında baxmağa çalışın ki, onlara münasibətiniz də asanlaşsın.
10. DoluBu simvol dağıntı rəmzidir. Lakin yadda saxlamaq lazımdır ki, dağıntı heç də həmişə pis deyil. Dağıntının yerində yeni həyat yaranır. Bu rəmz həm də onu tərənnüm edir ki, indi biznesə başlamaq üçün əlverişli vaxt deyil. Əgər siz iri miqyaslı nəsə etməyi planlaşdırmısınızsa, o zaman onu bir müddət təxirə salmaqda fayda var.