Bəzən biz fərqində olmadan hər şeyi sevdiyimiz insanla paylaşırıq. Amma bu hal bəzi vaxtlarda onu bizdən uzaqlaşdırır. Çünki gərəkli-gərəksiz hər şeyi onunla paylaşıb onu yoruruq. Bəs sən necə, sevgilinlə hər gərəksiz detalı paylaşırsan? Lunar.Az-ın təqdim etdiyimiz testlə yoxlaya bilərsən.
1. Mensturasiya dövrünün ən kritik günündəsən və ağrıkəsici içib istirahət gününü evdə keçirdirsən. Sevgilin zəng vurub hal-əhval tutur. Sən:
a. Yaxşı olduğunu deyib detala girmirsən
b. Kinayəli şəkildə: “bundan daha yaxşı ola bilmərəm” deyərsən
c. Həmin an birbaşa söhbətə girər, vəziyyəti danışarsan
2. Həyat fəlsəfən:
a. Süküt içərisindədir
b. Nə görürsən, onu da de
c. Dünya mənim terapistim
3. Facebook yaxşı bir yerdir:
a. Istifadə etmirsən. Sosial şəbəkələr sənə görə deyil
b. Tanınmış insanları izləyirsən
c. Fikirlərini bütün dünyaya çatdıra bilirsən
4. İşə 20 dəqiqə gecikirsən və müdir niyə gecikdiyini soruşur. Sən:
a. Sakitcə üzr istəyərsən
b. Günahı tıxacın üstünə atarsan
c. Sevgilinlə dalaşdığını anladarsan
5. Rəfiqən əyləncəli tətil fotosunu Instagram-a yükləyir. Reaksiyan:
a. Gözlərini süzdürərsən. Sən heç vaxt belə foto paylaşmazsan
b. Sən də tez axrıncı tətil fotolarından ən yaxşısını paylaşarsan
c. Sevgilinlə getdiyin sevgi dolu tətildən fotolar paylaşarsan.
Nəticə
A-lar çoxdursa
Qaydasında söyləyirsən
Münasibət qurarkən dəqiq olmağı seçirsən. Hər şeyi söyləyirsən. Hətta bəzən “kəlbətinlə” ağzından güclə çəkilib çıxarılan sözləri də. Buna görə də sosial şəbəkələrlə aranda ciddi bir məsafə var. Lazımsız paylaşımlardan və hətta paylaşımlardan uzaq qaçırsan. Bir az da daxilə qapanmaqdan uzaq qaçıb ətrafına da baxmağı məsləhət görürük.
B-lər çoxdursa
Balansı qoruyursan
Yaşaqdıqlarını ətrafınla paylaşmaqdan çəkinmirsən. Amma bunu da edərkən şişirtmirsən və detallara girmirsən. Sadə dillə anladırsan. Hadisələri olduğu kimi danışırsan və yalan danışmağa ehtiyacın olmur. Yaxşı münasibətin sirrini tapmısan: Münasibətdə hər şeyi balanslı saxlamaq.
C-lər çoxdursa
Detallara girmək xoşuna gəlir
Sənin baxışında hər hansı bir mövzuda utanmaq sözü yoxdur. Yaşadığın istənilən hadisəni bütün detalları ilə danışa bilirsən. Bunun qarşındakı insana maraqlı olub-olmadığı vecinə deyil. Amma bunu unytma ki: bəzi şeylər sənə özəl qalmalıdır. Xüsusilə də, sevgilinlə olan hər bir şey.