Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Şəkillərdən birini seçin, xarakterinizi öyrənin - (TEST)

Şəkillərdən birini seçin, xarakterinizi öyrənin - (TEST)

Şəkillərdən birini seçin, xarakterinizi öyrənin - (TEST)





Aşağıdakı şəkillər psixoloqlar tərəfindən hazırlanmış, dəfələrlə test edilmiş, şəkillər və rənglər dəyişərək bu günki halını almışdır. Əvvəl hansı şəkil sizin ürəyinizə yatırsa onu seçin, doqquz xarakterdən hansı sizə uyğundur oxuyun.







1.İçınə qapanan,həssas,hissiyyatlı:
Özünüzlə və ətrafınızla əlaqədar düşüncələrə ətrafınızdakı çox adamdan daha sıx və daha dərin bir şəkildə dalırsınız. Kobud hərəkətlə və sərt ,səsli-küylü danışıqlara nifrət edirsiniz. Problemli söhbətlər etməkdənsə, tək qalmağı üstün tutursunuz. Amma yaxın dostlarınızla,tanışlarınızla olan əlaqələriniz o qədər qüvvətlidir ki, bu da sizə ehtiyacınız olan münasibəti iwt’diyiniz vax tapa bilirsiniz. Ona görə də tək başına qalmaqdan heç darıxmırsınız.

2. Azad,ənənələrə boyun əyməyən:
Özünüzü inkişaf etdirmənizi təmin edəcək azad və kimsəyə bağlı olmayan bir həyat arxasındasınız. Hobbilərinizdə ya da işinizdə sizi müvəffəqiyyətə çatdıracaq qabiliyyətlərə sahibsiniz. Müstəqilliyə olan düşkünlüyünüz bəzən sizdən gözlənililənin tam tərsini etmənizə səbəb ola bilir. Hər şəraitə uyğun gələcək tiplərdən deyilsiniz. Əksinə öz fikirləriniz istiqamətində getməyi yəni, axıntıya qarşı avar çəkməyi sevirsiniz.

3. Dinamik-aktiv,ünsiyyətçı:
Maraqlı və müxtəlif işlərə girə bilmək üçün riskə getnəkdən çəkinmirsınız. Təkrarlanan bir həyat sizi tez bezdirir. Ən çox sevdiyiniz şey bütün hadisələrdə baş rol oynamaqdır,irəlidə getməkdir…

4.Ayaqlarını yerə möhkəm basan,nə istədiyini bilən:
Kompleksi olmayan və təbii bir həyatı, bir eşqi və potensiallı bir işi həyatınızın məqsədi hesab edirsiniz. İnsanlar sizə hörmət edir, çünki sizin ayaqlarınız elə bir yerə basırsınız ki,elə bir mövqedə olursunuz ki, hər kəs sizdən dəstək alır. Siz də bu insanlara güvən təmin etməyi bilirsiniz. Çox səmimi və insansevər olaraq tanınırsınız. Şablon və çox şişirdilmiş olan hər şeyi rədd edirsiniz. Modanın gətirdiyi yeniliklərə də bağlı deyilsiniz. Əksinə, sizin üçün geyim praktik və rahat olmalı.

5.Profesional-Pragmatik-Özünü tanıyan:
Həyatını əlinə alıb şansını taleyə buraxmaq yerinə yaratmağı sevənlərdənsiniz. Problemlərinizi praktik və qarışıq olmayan üsullarla həll edirsiniz. Gündəlik həyatınızda real olmağı seçirsiniz. İşdə isə, hər kəs sizi məsuliyyət sahibi olaraq tanıyır. Sizin özünüzə olan güvəninizin, inamınızın sayəsində ətrafınızdakılar da sizdən güc alır. Fikirlərinizi tətbiq edənə qədər rahat ola bilmirsiniz.

6.Barışçı-Tedbirli-Agressiv Olmayan:
Razılaşması asan bir insansınız. Öz şəxsi həyatınıza və azadlığınıza düşkün olduğunuz üçün də yoldaşlarınızı çox yormursunuz. Bəzən həyatın mənasını düşünmək ya da öz özünüzə əylənmək üçün hər şeydən uzaqlaşıb tək qalmaq istəyirsiniz. Buna görə də qaça biləcəyiniz gözəl məkanlar harada bilirsiniz. Amma siz təklik düşkünü bir insan da deyilsiniz. Yalnız həyatın sizə vermiş olduqlarını təqdir edən, dünyayla barışıq bir insansınız..

7.Dikkatsiz-Oyunsevər:
Azad bir həyatı sevirsiniz. Həyata bir dəfə gəlinər qanunundan yola çıxaraq dolu dolu yaşamağı istəyirsiniz. Çox maraqlı və hər yeni şeyə açıq bir insansınız. Bütün dəyişikliklərin sizin həyat təcrübənizin artırmasına inanırsınız. Qapalı qalmaq qədər sizi sıxan bir şey yoxdur. Sürpriz etməkdən və sürprizlərlə qarşılaşmaqdan çox xoşlanırsınız

8.Xəyalpərəst-Romantik:
Çox romantik bir insansınız. Hadisələri həqiqi tərəfindən görməyi rədd edirsiniz. Sizin üçün duyğularınızın sizə söylədikləri əhəmiyyətlidir. Ayrıca həyatda xəyallara yer verilməsi lazım olduğunu müdafiə edirsiniz. Romantizmi rədd edən və hər şeyi ağılnan .real həll etməyə çalışan insanlarla razılaşa bilmirsiniz. Xəyallarınızı, duyğularınızı məhdudlaşdıracaq hər şeyi rədd edirsiniz.

9. Kübar,özündən razı:
Həyatınızı insanların gözdən qaçırdığı kiçik qiymətli daşlarla doldurmağı sevirsiniz. Bu səbəblə mədəniyyət sizin həyatınızda əhəmiyyətli bir rol oynayır. Yenə də siz qəşəng və zərif duyğularınızın ətrafdan təsirlənməməsini təmin edirsiniz. Sizin üçün zərif və mədəni bir həyata sahib olmaq çox əhəmiyyətlidir. Və yenə eyni tərzdəki insanlarla birlikdə olmağı seçirsiniz.












İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ