Gənc xanımların çoxu “Evlənəcəyim insanı hansı xüsusiyətlərinə görə təyin etməliyəm” sualına cavab tapmaq istəyirlər, ancaq bəzən sevgi o qədər ön planda olur ki, digər məqamları nəzərə almadan tez-tələsik evlənirlər. Ancaq evlilik həyatımızın ən vacib qərarlarından biridir və həyat yoldaşı seçimimizi elə etməliyik ki, onunla bir ömür həyatımızı bölüşəcəyik. lunar.az komandası sizlər üçün xüsusi test hazırladı. Həmin testlə özünüzü və sevgilinizi sınamağınızı məsləhət görürük.
1.Verdiyi sözün üstündə dururmu?
2. Ailəsinə qarşı davranışları müsbətdirmi?
3. Dostları ilə münasibəti necədir?
4. Zarafat etməyi bacarır?
5. Aranızda yaşanan problemlərin həll olunmasına çalışır?
6. Qəzəbini idarə etməyi bilir?
7. İlk görüşdə insanlara qarşı nəzakətli davranır?
8.Cömərddir?
9. İşinə əhəmiyət verir?
10. Xarici görünüşünə əhəmiyyət verirmi?
11. Hadisələrə müsbət tərəfindən baxa bilir?
12. Sizə qarşı olan sevgisini dilə gətirir?
13. Romantikdir?
14. Siz danışan zaman sizi başa düşməyə çalışır?
15. Sizi olduğunuz kimi qəbul edir?
Əgər 15 sualın çoxuna “bəli” çavabını veririsinizsə, deməli xoşbəxt bir münasibətiniz var. Ancaq əsasən 6-.cı sualda“xeyr” cavabını verdiniz, evlilik qərarınızı bir daha gözdən keçirməyinizi məsləhət görürük.