Bir çoxlarımız yuxuda yaxınlarımız və ya qohumlarımız görürük. Lakin buna o qədər də önəm vermirik. Diqqətə almaq lazımdır ki, yuxuda gödüyümüz hər bir hadisə hansısa məna daşıyır.Əgər bu yaxın zamanlarda siz də yuxuda yaxın və ya qohum görmüzünzsə, bu məqaləni oxuyun.
Lunar.az yuxuda qohum görməyin nə mənaya gəldiyini oxuculara çatdırmağa çalışacaq.
Əgər siz yuxuda bütün qohumlarınızı birlikdə masanın ətrafında görmüsünüzsə, bu o deməkdir ki, yaxın zamanda uzaq qohumdan sevindirici xəbər alacaqsınız. Missal üçün, ailəyə yeni bir üzvün qatılmağı barəsində.
Yuxuda xəstə qohum görmək, onun yaxın zamanda sağalacağının əlamətidir.
Qohumların yuxuda sizinlə mübahisə etməsi ona işarət edir ki, nə vaxtsa kiminsə xətrinə dəymisiniz və buna görə vicdan əzabı çəkirsiniz. Bundan əlavə onu demək olar ki, yaxın zaman həyatınızda dönüm nöqtəsi yaradacaq görüş baş verəcək.
Yuxuda bir masanın ətrafında yaş ardıcılığında oturan qohumlar görmək, uşaqlarınıza qarşı diqqətli olmaq mənasını daşıyır. Və ola bilsin ki, yaxın zamanda sevindirici sürprizlə qarşılacaqsınız.
Əgər yuxuda qohumunuz sizə böyük miqdarda pul verirsə, bu o deməkdir ki, siz aiələnizə qarşı diqqətsizsizniz və əlinizdəkinin dəyərini bilmirsiniz.
Yuxuda yaşda kiçik qohumlarınızın müzakirə etməsi həyatınızda yaranacaq çətinliklərə işarət edir. Həm də bu onun göstəricisidir ki, daha çox səbr etməyi öyrənməniz lazımdır.
Bəzənib-düzənən qohum görmək yaxında varlanacağınıza işarətdir.
Əgər siz yuxuda yaxın və ya uzaq qohumun ölümünü görmüsünüzsə, bu təsəlli və kömək alacağınıza işarətdir. Başqa bir yozum isə yaxında varlanacağınızla əlaqəlidir.
Yuxuda yalnız qadın xeylaqlarının birlikdə iş görməsi, sizin ailənizə bir daha qovuşacağınızın göstəricisidir.
Yuxuda artıq ölmüş bir qohum görmək, həyatınızda baş verəcək dəyişikliklərin əlamətidir.
Yaxın və ya uzaq qohumla yuxuda mübahisə etmək, yalnız olduğunuzun göstəricisidir.