Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Həyat yoldaşım məni başa düşmür nə edim?

Həyat yoldaşım məni başa düşmür nə edim?

Yəqin siz də razılaşarsınız ki, həyat yoldaşının onu başa düşmədini, ona qiymət vermədiyini, düşünən qadınlar az deyil. Ən qəribəsi isə onların öz problemlərini həyat yoldaşları ilə bölüşməmələridir. Belə qadınların "Bütün bunlardan həyat yoldaşınızın xəbəri varmı?” sualına cavabı isə sadədir: "Necə olsa, məni başa düşməyəcək”... Təbii ki, onları bu cür düşünməyə vadar edən səbəblər də yox deyil. Ancaq danışmaqla da problemləri həll etmək olmaz. Elə isə həyat yoldaşınızla necə danışmalı?...

* Hər şeydən əvvəl həyat yoldaşınızın elə ilk söhbətdən sizi dəstəkləyəcəyini gözləməyin. Başqa sözlə, bu söhbətlə özünüzü ifadə etməyə və həyat yoldaşınızın sizi düşünməsini təmin etməyə çalışın.

* Həyat yoldaşınızla söhbət edərkən onu ittiham etməyin. Unutmayın ki, məqsədiniz özünüzü ifadə etməkdir, qarşı tərəfə səhvlərini izah etmək yox.

Həyat yoldaşım mənə başa düşmür nə edim?
* Ümmumiyyətlə, ünsiyyətə qapalı insanlar səhvlərini asanlıqla qəbul etmir. Onlara səhvlərini göstərdikdə isə ünsiyyətdə n qaçmağa çalışırlar. Ona görə də, həyat yoldaşınızla söhbət edərkən ilk növbədə "mən” dilindən istifadə etməyə çalışın.

* Mimikalarınızda və səs tonunuzda sərtlik və ya emosianallıq hiss etdirməyin. Digər tərəfdən, məsələlərə mümkün qədər neytral yanaşmağa çalışın.

* Göz yaşınızdn həyat yoldaşınıza qarşı silah kimi istifadə etməyin. Özünüzü düşündüyünüz kimi həyat yoldaşınızı da düşünün.

* Nə olursa olsun, əsas məsələlərdən kənara çıxmayın. Ən əsası isə, bu söhbətlərdən heç bir şey qazanmasanız belə heç bir şey itirməyəcəyinizi də unutmayın








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ