Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
solaxay usaqlara nece davranmali?

solaxay usaqlara nece davranmali?

solaxay usaqlara nece davranmali?



Solaxay uşaqlarla necə davranılmalı?
Solaxaylıq anadan gəlmə bir hal olub, əksərən 3 yaşına gəlindiyində anlaşılır. Bu yaşdan əvvəl sol əlin istifadə edilməsini fərq etmək qeyri-mümkündür. Çünki kiçik uşaqlar bu dövrdə hər iki əli istifadə etdiklərini müşahidə edir. Məsələ yeməyi bir vaxt sağ əllə yeyirsə digər yemək vaxtı sol əllə yeyir. Əgər ata və ana hər ikisi sol əldən istifadə edirsə, doğulan uşağın solaxay olma ehtimalı 50%-dir. Fəqət ana və atanın biri sol əli istifadə edirsə bu ehtimal 17%-ə qədər düşür. Digər bir halda ata və ananın heç biri sol əldən istifadə etmirsə uşağın solaxay olma ehtimalı çox azdır. Solaxaylıq bir xəstəlik deyildir, sadəcə bəzi genetik dəyişiklərin fərqliliklərdən meydana gələn və yadırğanmaması bir haldır. Genetik bir hal olduğu üçün solaxaylığı dəyişdirmək doğru nəticə verməyəcəkdir.

Solaxay uşaqlar müəyyən sahələrdə daha müvəffəqiyyətlidirlər

Hər nə qədər cəmiyyətimizdə bilməyən insanlar tərəfindən solaxaylıq bir xəstəlik kimi görünsə də əslində bir çox sahələrdə müvəffəqiyyət əldə etdiklərində bu düşüncənin səhv olduğunu göstərir. Solaxay olan insanlar ustalıq lazım olan xüsusilə sənət, memarlıq sahələrində sağ əlini istifadə edənlərdən daha mükəmməl işlər meydana çıxarır. Sol əlini istifadə edənlər qələm kimi yazı alətlərini istifadə etməkdə çətinlik çəksələrdə zamanla bu problümi həll edə bilirlər. Vacib olan uşaqlarda solaxaylığı dəyişdirmək yerinə onu fərqli sahələrə yönəldin.

Solaxay uşağınızı yadırğamayın

Solaxay olan uşağınızı bu hal biolojik olduğu üçün dəyişdirə bilməniz qeyri-mümkündür. Dəyişdirməyə səy göstərməniz irəlidə başqa xəstəliklərin əmələ gəlməsinə yol aça bilər. Bunu böyük problem etməməlisiniz, normal qarşılamaq lazımdır. Bir çox elm adamı sağ və sol əlin hansının doğru istifadə olduğu haqqında araşdırmalar aparmış lakin heç bir nəticə əldə etməmişdilər. Uşağınızı dəyişdirmək yerinə ona kömək etməniz ən doğru qərar olacaqdır. Uşağınızın sol əlini rahat istifadə edə biləcəyi şəkildə nizamlamaqla onun həyatını daha asanlaşdırmaq mümkündür. Məsəlnən: ona sol əli ilə istifadə edə biləcəyi bir qayçı və ya buna bənzər başqa alət almaqla işə başlaya bilərsiniz. Bununla bərabər sol əliylə rahat istifadə edə biləcəyi fincan və rahat otura biləcəyi ona görə hazırlanmış mebel almanız daha doğru qərardır.


Şüursuz ana və atalar ətrafdan mənfi reaksiyalar nəticəsində uşaqlarını daima sol əlini istifadə etməməsi yönündə təzyiq göstərirlər. Mütəmadi olaraq özünü təzyiq altında hiss edən uşağın psixologiyası gedərək artan təzyiqlər və ətrafdakı narahat edici baxışlar ilə içindən çıxılması çətin olan bir hal almışdır. Çox təəssüf ki, mütəxəssislərin solaxaylıq genetik və biolojikdir, hər hansı bir xəstəlik deyildir desələrdə ailələri heç cür buna inandıra bilməmişlər.Mütəmadi olaraq özünü təzyiq altında hiss edən uşaqda irəlidə disleksi, kəkələmə ya da heç danışmama və ya geç danışma ilə depressiya kimi xəstəlikləri ortaya çıxarır. Bu problemlərin heç birini yaşamaq istəmirsinizsə uşağnıza təzyiq etməyin. Hər nə qədər sağ əlini istifadə etmək təbii bir davranışsa sol əlini istifadə etməkdə eynidir. İrəliləyən müddətdə sol əli ilə uğurlu işlərə imza atdığında onu sərbəst buraxaraq nə qədər düzgün bir qərar verdiyinizin fərqinə varacaqsınız. Ətrafdakı baxışlara fikir vermədən uşağınızın sol əllə istifadəsini necə asanlaşdıra biləcəyinizi düşünün.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ