Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Yenidən qapanma olsa, insanlara necə təsir edəcək? - Psixoloqdan AÇIQLAMA

Yenidən qapanma olsa, insanlara necə təsir edəcək? - Psixoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, virusa yoluxma sayı artmaqda davam edir. Dünənki statistikaya əsasən, yoluxma sayı 371-ə çatıb. Bundan əlavə, Baş nazir keçirdiyi müşavirədə bildirib ki, insanlar toylarla bağlı qaydalara riayət etmədiklərinə görə virusun yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər görüləcək. Bütün bunlar insanlarda növbəti qapanmanın olacağı barədə fikirlər yaradır.

Bəs ölkəmiz yenidən qapanmaya getsə, bu, cəmiyyətə necə təsir edəcək?

Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən psixoloq Orxan Oruc bildirib ki, qapanmanın təsirləri insanların iqtisadi vəziyyətinə görə dəyişir:

"İstənilən halda növbəti qapanmalar, əvvəlki qapanmalara nisbətən, insanlar tərəfindən daha rahat qəbul ediləcək. Çünki artıq müəyyən bir immunitet yaranıb. Əvvəl bu qapanmaları yaşayıblar və təcrübələri olduğu üçün yeni qapanma əhalinin psixoloji vəziyyətinə nisbətən daha az təsir göstərə bilər.

Ümumilikdə isə, bu vəziyyətin 2 ilə yaxın davam etməsi əhalidə emosional gərginlik yaradır. Bir reallıq da var ki, vəziyyət tək Azərbaycanla deyil, bütün dünyada belədir. Pandemiya yeni elan ediləndə mütəxəssislər proqnoz verirdilər ki, pandemiyanın uzun müddət davam etməsi cəmiyyətlərdə müəyyən psixoloji problemlərin yaranmasına səbəb olacaq.

Bununla bağlı artıq bəzi simptomları görməyə başlamışıq. Həm dünyada, həm bizim ölkəmizdə intiharların sayı artır. Bütün bunların səbəbi, təbii ki, tək pandemiya deyil. Biz tək koronavirusu yox, müharibəni də gördük. Müharibə vaxtı da müəyyən məhdudiyyətlər oldu. Daha ağır məhdudiyyətləri görən insanlara hazırda gözlənilən məhdudiyyətlər o qədər də psixoloji təsir göstərməyəcək.

Hətta bəzən əksinə, məhdudiyyətlərin aradan qaldırılması insanlarda gərginlik yaradır. Çünki toyların sayı artır və bəziləri bundan da şikayətlənirlər. Bunun özü insanlarda psixoloji gərginlik yaradır.

Deyilənləri nəzərə alaraq, qapanlanın birmənalı şəkildə mənfi və ya müsbət təsir göstərəcəyini demək olmur. Bu təsir hər kəsin iqtisadi vəziyyətinə, düşüncəsinə görə dəyişir".








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ