Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Düzgün cavab ver...(Suallar)

Düzgün cavab ver...(Suallar)

Düzgün cavab ver...(Suallar)





1) Sizə onu veriblər və indidə o sizə məxsusdur. Siz onu heç vaxt heç kəsə verməmisiniz, ancaq ondan sizin bütün tanışlarınız istifadə edirlər. Sual belədi: O nədir?


2) Antoni ve Kleopatra yunan villassında döşəmədə ölmüş halda uzanmışlar.Yaxınlıqda sınmış akvarium var.Lakin onların bədənində heç bir zədə yeri yoxdur və onlar zəhərlənməmişlər.
Sual belədi: Onların ölümünü necə izah edə bilərsiniz?
Qeyd edək ki ölməzdən əvvəl hər ikisinin də 1 yaşı var idi.


3) Bu bir psixoloji testdi.
Hadisənin qəhrəmanı bir gənc qızdı. Bu gənc qız, öz anasının cənazəsi vaxtı əvvəllər kim oldugunu bilmediyi bir gənc oğlanla qarşılaşır. Bu gənc oğlan qızın xəyallarının adamıdı və qız oğlanı görər görməz
ona aşiq olur. bundan bir neçə gün keçir. Həmin oğlana bir daha
rast gələ bilmir. Gənc qız bacısını öldürür .
Polis nə üçün bacısını öldürdüyünü soruşur, gənc qız cavab verir.
Sual belədi: Qızın bacısını öldürmə səbəbi nədir?


4) Bir terrorist sərnişin təyyarəsini tutur. O, pilota deyir ki, onlar başqa bir aeportda eniş etsinlər. Enişdən sonra o 1 milyon dollar və 2 paraşut istəyir. Onlar ona bir milyon dolları və 2 paraşutu verirlər. Daha sonra o əmr edir ki, təyyarə yenidən havaya qalxsın və əks istiqamətə getsin. Hər şey onun dediyi kimi edilir və daha sonra paraşutla tullanır. İkinci paraşut isə təyyarədə qalır. Ondan heç kəs istifadə etmir.
Sual belədi: O, ikinci paraşutu əgər işlətməyəcəkdirsə niyə istədi?
Qeyd: Polis bilirdi ki, təyyaradə bir 1 terrorist var.



5) Bir vaxtlar Rusiyada bir qrup insan kifayət qədər pul xərcləyərək şarları qazla doldurub havaya buraxarmış. Maraqlı bir görüntü alındığından bu mənzərə baxmağa gedən çox imiş.
Sual belədi: Sizcə bunu kim edirdi və niyə?



6) İki ən yaxşı rəfiqə mesajlaşırlar. Biri digərinə bunları yazır:
''nəsə çox narahatam, səninçün də çox darıxmışam. Bu gecə uyğunsunuzsa sizdə qalmağa gələ bilərəmmi?
Bu mesajı alan digər rəfiqə mesajı eynilə belə cavablandırır:
''Lap yaxşı olardı amma mən evdə deyiləm indi, bibimgildəyəm. Bibim oğulu əsgərlikdən gəldi bir az əvvəl, bu gecə orada qalacağam. Sabah gözləyirəm, yaxşı? gecən xeyrə qalsın.''
Bu mesajı oxuyan digər rəfiqə çox hirslənər çünki ən yaxşı rəfiqəsinin ona yalan dediyindən, əslində evdə olduğundan əmin olmuşdur və bunu bu mesajdan başa düşmüşdür.
Sual belədi: Sizcə qız, ən yaxşı dostunun ona yalan danışdığını necə anlamış ola bilər?


7) Bütün gün boyunca eyni sualı soruşub hər səfərində fərqli cavab aldığımız sual nədir?


8) Yağışlı bir gündə villanın sahibi öldürülür. Polis evə gəldiyində hər kəsi sorğu-sual edir.
Xidmətçi: Mən Uşağa baxırdım, deyir
Bağban: Mən çiçəkləri sulayırdım, deyir
Təmizlikçi: Mən duşu təmizləyirəm, deyir
Aşbaz: Mən yemək hazırlayırdım, deyir
Sual belədi: Sizcə kim öldürüb?


9) Bir restoranda da cinayət işlənir və cinayətə bağlı tək şahidin ifadəsi alınır. Şahid:" Yoldan keçərkən səslər eşitdim və restoran şüşəsinə yaxınlaşıb şüşədəki buğu sildiyimdə restaran sahibinin birini bıçaqla öldürdüyünü gördüm" şəklində ifadə verər. Polis bu ifadə üzərinə şahidi cinayətdən həbs edir.
Sual belədi: Polis neyə əsaslanaraq bu adamı cinayətdən məsul tutmuşdur?



10) Padşah bir günahkarı asacaqmış. Vəzirinə demiş:
"Bir kağıza ölüm bir kağıza həyat yaz. bir torbaya qoy. günahkar hansını seçsə o olacaq."
Vəzir, günahkar düşməni olduğu üçün ikisinə də ölüm yazmış. günahkarda bunu bilirmiş.
Amma vəziri padşahın yanında günahlandıra bilməzmiş.
Sual belədi: Günahkar necə xilas olar?









İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ