... General Həşimovun sərvətlərindən nə üçün yazmırsınız?--- Onun sərvətləri -- gendən gələn namus, Agəzərbaycanlı qeyrəti...-İttifaq Mirzəbəyli
Bölgə müxbirimiz İlqar Həsənov Zaqataladan zəng eləmişdi. Soruşdu ki, General Həşimovun sərvətlərindən nə üçün yazmırsınız?
Cin atına mindim: -- Onun nə sərəti var idi, nə danışırsınız? -- Var - dedi, - istəyirsən sayım. Sonra saydı: -- Onun sərvətləri -- gendən gələn namus, Azərbaycanlı qeyrəti, Türk vicdanı, Qəbələli səmimiyyəti, Vəndamlı ləyaqəti, zabit şərəfi, Ali Baş Komandana sədaqət, Vətənə məhəbbət, tabeçiliyində olan hərbçilərə diqqət, silaha sevgi, hərbi biliklərə maraq, cəmiyyət qaşrısında məsuliyyət, anasının qarşısında İBADƏT... yenə də sayım? Dedim, yox, bəsdir. Sonra isə öz-özümə sual verdim: -- Cavan bir adam (hər halda bizə nisbətən çox cavan idi) bu qədər sərvəti necə toplaya bilib? Təsəllimiz odur ki, oliqarx milyonerlərin qazandığının hamısı bu dünyada qalır, Polad Həşimovun qazandıqları isə həm bu dünyada qaldı, həm də o biri dünyaya apara bildi.