Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
“Efirdə qalmaq üçün gülməli qiymətə çəkilirlər”

“Efirdə qalmaq üçün gülməli qiymətə çəkilirlər”

“Kinoteatrdakı filmlərin və serialların 99 faizinə dəvət olunmuşam. Ssenarini də oxumuşam. Lakin qonorar az olduğu üçün qəbul etməmişəm. Mən o səviyyəyə düşmürəm”.

Lunar.az yazır ki, bu sözləri “Səhər mərkəzi” verilişində aktrisa Zarina Qurbanova deyib. Sənətçi kino sahəsində aktyorlara ödənilən qonorarın az olmasından gileylənib:

“Məsələ burasındadır ki, öz yaşıdlarımız həmin məbləğə filmə və seriala çəkilir. Əslində, bu sahəyə pul ayrılır. Lakin aradakı vasitəçilər sağ olsun, onlara gələndə yoxa çıxır, heç nə qalmır. Məsələn, danışırıq, deyirəm ki, heç 6 il bundan əvvəl həmin məbləğə çəkilmirdim. Yox, deyirəm, ardınca gülünc bir vəziyyət yaranır. Sonra baxıram ki, mənim yerimə kim və hansı məbləğə həmin layihədə rol alır. Əlim üzündə qalır ki, sənin nəyə ehtiyacın var? Teatrdan qazanırsan, efirdəsən. Sənətdən danışırlar, amma efirdə qalmaq üçün elə gülməli qiymətə çəkilirlər ki... Ötən dəfə birinə dedim, xətrinə dəydi. Mənim TikTok-dakı fəaliyyətimlə bağlı danışırdı.

Söylədim ki, o lağ etdiyin tiktokerlər reklama filan məbləğə çəkilirlər. Sən isə ümumi bir filmə onun telefonla çəkildiyi video-rolikin yarı qiymətinə də çəkilmirsən. Gör, hansı vəziyyətdəsən. Bu yaxınlarda həmkarım paylaşım etmişdi, şikayətlənmişdi ki, filan filmə çəkilməyə başladıq, dayandırıldı, aktyorun pulu az verildi. Heç kimdə günah yoxdur. Elə günah aktyor və aktrisalardadır. Çünki həmin filmə mən də dəvət almışdım, gedib söhbət etmişdim. Bir aktyor, aktrisa ki, çəkilişə gediş-gəliş üçün özünə nəqliyyat vasitəsi ayrılmasını istəmir, deyir, birdən söz edərlər. Halbuki hər şey dövlətimiz tərəfindən yüksək səviyyədə təmin edilib. Ortadakı vasitəçilər isə bu vəziyyətə gətirib çıxarır. Məncə, aktyorlarımız sözü bir yerə qoysa, bu vəziyyəti aradan qaldırmaq olar. Təbii hər kəsi bir yerə toplamaq da olmur. Sonra instaqramda paylaşım edirlər. Sən həmin prosesdə vəziyyəti bilə-bilə mənə sual verirsən ki, Zarina, niyə yoxsan filmdə? Çünki özümə hörmət edirəm”.

Proqramın digər qonağı aktrisa Nərgiz Əliyeva deyib ki, ssenari ürəyincə olsa, hansısa bir layihədə ödənişsiz də rol alar:

“Ya ssenarini bəyənmirik, ya da qonorarı bəyənmirik ki, az rol alırıq. Bəzi insanlar efirlərdə qalmaq üçün az məbləğə çəkilirlər. Düzdür, efirdə də olmaq lazımdır. Sənət, sənət deyirlər... Ssenarini çox bəyənsəm, təbii ki, az qonorara çəkilərəm. Məsələn, mən bir məbləğ müəyyən edirəm. Misal üçün 10 manata çəkilirəm. Xoşuma gəlirsə, pulsuz da rol alaram. Mənim üçün filmdə birinci ssenari, sonra qonorar gəlir. Aktyorlarımız özünə dəyər verməlidir. Sözlərini bir yerə qoymurlar”.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi ilə bağlı filmə etirazlarını aktyor Corc Qafarov, Türkay Cəfərli, Yasin Həzirə və müğənni Vüqar Muradov bildirmişdi. Onlar çəkilişlərin baş tutmadığını, pulların mənimsənildiyini söyləmişdilər.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ