Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Salam, əsgər! Azərbaycan Əsgərinə Məktub (Paylaş)

Salam, əsgər! Azərbaycan Əsgərinə Məktub (Paylaş)

Salam, əsgər!

Yazdığım məktub ümid edirəm ki, bu qış fəslinin soyuq havasında qəlbini isidər. Bilirsənmi? Sənin daşıdığın addan şərəfli ad yoxdur dünyada. Əsgər! Bu məktubu oxuyarkən özünü ana-atanın yanında, çox sevdiyin ailənin yanında hiss et. Bilirəm ki, əsgərlik həyatı tam fərqlidir. Zamanla, həyata baxışın dəyişir. Bir zamanlar yanında olmağa az vaxt sərf etdiyin ailən indi dostlarından ön plana keçir. Ananın ləzzətli ev yeməkləri oradakı əsgər yeməklərindən daha dadlı gəlir sənə. Atanın sənin üçün etdikləri gözündə daha böyük görünür. Sənin yaşadığın həyəcanı sevdiklərin də səninlə birgə yaşayır. Hər gün sənin nece olduğunu düşünür, həsrətlə yolunu gözləyirlər. Atan əsgər atası olmağın necə fəxrli hiss olduğunu anlayır. Əsgər üçün ən gözəl an məktubun gəlişidir. Məktubdakı hər cümlə sənə dəyərli gəlir. Sevdiklərinin ümidləri tükənmədən səni gözlədiyini öyrənirsən və bu sənə mübarizlik əzmi verir. Bu sevgi dolu cümlələr soyuqda qəlbini isidir. Onlara sarılacağın günləri düşünürsən. Vaxtilə etdiyin səhvlər ağlına gəlir və yanlışlarını düzəltmək üçün zamanın tez keçməsini diləyirsən. Darıxma, əsgər! Tez - tez vətən naminə ölməyə hazır olduğunu deyirsən. Belə də olmalıdır. Amma unutma ki, sən ilk olaraq ölməyə yox, öldürməyə hazır olmalısan! Burada hər şey yaxşıdır. Unutmayın ki, biz sizlərlə fəxr edirik. Silah tutan əlləriniz var olsun, qardaşlar! Ümid edirik ki, sağ salamat geri dönəcəksiniz. Vətəni və özünüzü qoruyun! Allah amanında.

Sevgilərlə! Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 1 saylı tam orta məktəbin IX d sinif şagirdi Rzayeva Nübar tərəfindən








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ