Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Kişilər qadınlardan daha çox arıqlayır
  • Facebook
  • Twitter
  • ► Kişi Dünyası / İdman və Pəhriz / Qadın sağlamlığı
  • Baxis 1 795
  • 23-04-2019, 22:57

Kişilər qadınlardan daha çox arıqlayır

Aparılan araşdırma, kişilərin bədəndə maddələr mübadiləsinin qadınlardan daha asan arıqlamalarına köməkçi olduğunu göstərir.

"Diabetes, Obesity and Metabolism" jurnalındakı bir araşdırma, Avropa, Avstraliya və Yeni Zelandiyadakı 2.200 nəfərdən çox kök insanın arıqlamasının nəticələrini ətraflı olaraq açıqladı. Yetkin insanların hər birində yüngülcə yüksəlmiş qan şəkəri səviyyələrinin işarə etdiyi bir vəziyyət olan prediabet də vardı.

Lunar.az deyerler.org-a istinadən bildirir ki, səkkiz həftəlik araşdırma, bu insanlara şorbalar, isti taxıllar və aşağı kalorili tərəvəzlərdən ibarət olan 800 kalorili bir pəhriz tətbiq etdilər. Nəticədə, kişilər qadınlardan 16% daha çox arıqladı. Qadınlar ortalama 10 kiloqram, kişilər isə ortalama 12 kiloqram arıqladı.

Kişilər üçün yaxşı xəbərlər bu qədərlə bitmir. Qrup olaraq kişilərin ürək döyüntü sürəti daha aşağı və bədən yağları daha az idi. Həmçinin, işin sonunda diabet riskləri qadınlardan daha aşağı çıxdı. Aşağı kalorili pəhrizin qadınlar üzərində başqa təsirləri vardı. Qadınlarda HDL kimi tanınan xoş xolesterol növündə böyük enişlər baş verdi. Bundan əlavə, sümüyün mineral sıxlığında zəif sümüklərə yol aça biləcək daha böyük enişlər yaşandı. Yağsız bədən kütlələri də azaldı, bu da maddələr mübadiləsinin və arıqlamanın yavaşlamasına səbəb olur. Araşdırmadakı kişilərin itirdiyi yağ növü, qadınların itirdiyi növdən daha sağlam idi.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ