Marketlərdən aldığınız şirin kəsmiklər – şəkər tozu, yağ, piy və kimyadır. Onunla əzələlərdə artım gözləməyin.
Bu yazımızda sizlərə dadlı və xeyirli şirin kəsmiyin hazırlanmasını öyrədəcəyik.
Lazım olanlar: 200 qr yağsız kəsmik, 1 stəkan təbii yoqurt (qatıq ola bilər), 2 ədəd banan, bir ovuc üzüm, bir ovuc ləb-ləbi, bir ovuc yulaf, 1-2 xörək qaşığı bal.
Hazırlanması:Kəsmik, yoqurt, üzüm, ləb-ləbi, və yulafı yaxşıca qarışdırın. Alınan qarışımın üzərinə bananları xalqa xalqa doğrayın və balı gəzdirin. Bu şirin kəsmiyi işə, məşqə hər yerə götürə bilərsiniz.
Alınan qarşımı 2 saatdan bir gün ərzində az-az yeyin və əzələlər özlərini çox gözlətdirməyəcəklər.