Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Allahdan necə övlad istəmək?

Allahdan necə övlad istəmək?

Bəzi övladlar insan üçün qanaddırlar. "Və o kəslər ki, "ey Rəbbimiz, zövcə və övladlarımızdan bizə göz aydınlığı (saleh, pak və təqvalı nəsillər) əta et və (iman müsabiqəsində və ya dinin əsasları, qolları və təlimlərində) bizi təqvalılara başçı et" deyirlər".

Bəzi övladlar isə bizim üçün yükdürlər. "Ey iman gətirənlər, zövcələrinizdən və övladlarınızdan bəzisi sizin düşməninizdir (imanınıza görə sizinlə düşmən kimi rəftar edirlər). Onlardan özünüzü gözləyin (ki, sizi azdırmasınlar) və əgər (onların pisliklərini və verdikləri əziyyəti) əfv etsəniz və göz yumsanız və bağışlasanız (Allah da sizi bağışlayar) ki, şübhəsiz, Allah bağışlayan və rəhm edəndir". ("Təğabun" 14).

Lunar.az deyerler.org-a istinadən bildirir ki, İmam Əli (ə) buyurur: "Allahdan xoş sima, xoş qamətli övlad istəmədim. Allahdan elə övladlar istədim ki, Allahın mütisi olsunlar ki, ondan qorxsunlar. Nə zaman onlara nəzər salsam, o halda ki, Allaha itaət edərlər - gözümün aydınlıq mənbəyi olsunlar".

İnsanın övladları şeytanın (lən) vəsvəsələrinə məruz qalar və valideynin vəzifəsidir ki, onları haqq yoluna hidayət etsin. Bu səbəbdən Allah Təala İmrana Məryəmi (s.ə) əta edən zaman onu şeytanın vəsvəsələrindən qorumaq üçün Allahın pənahında qərar verir. "Beləliklə elə ki, onu dünyaya gətirdi, dedi: "Ey Rəbbim, mən onu qız doğdum". Allah onun nə doğduğunu yaxşı bilirdi və (onun nəzərdə tutduğu) o oğlan (fəzilət baxımından) bu qız kimi deyil. "Və mən onun adını Məryəm qoydum. Əlbəttə, mən onu və onun övladını qovulmuş şeytandan (şeytanın şərindən) Sənə tapşırıram"". ("Ali-İmran" 36).

Allah Təala Quranda buyurur ki, Qiyamət günü üçün nə göndərdiyinizə diqqət edin. "Ey iman gətirənlər, Allahdan qorxun! Hər kəs (özünün) sabah(ı) üçün qabaqcadan nə göndərdiyinə (qəlb gözü ilə) nəzər salmalıdır. Allahdan qorxun ki, Allah etdiklərinizdən xəbərdardır!". ("Həşr" 18).

Saleh övlad - Qiyamətdə insanın əlindən tuta biləcək ehtiyatlardan biridir. Əgər insan saleh övlad yetişdirə bilərsə, o zaman Qiyamət günü ona yardım edəcək ehtiyatı olacaqdır.

Bu səbəbdən Allah buyurur ki, hansı xeyir əməli yerinə yetirsəniz, onu Allahın yanında tapacaqsınız. "Özünüz üçün qabağa nə yaxşı əməl göndərsəniz onu(n hamısını) Allahın yanında tapacaqsınız. Həqiqətən, Allah etdiyiniz (bütün) əməlləri görəndir". ("Bəqərə" 110)

Bəli, saleh övlad - insanın Qiyamət üçün göndərə biləcəyi ehtiyatdır. Ona görə də övladlarınızı saleh yetişdirin və onları şeytanın vəsvəsələrindən qoruyun.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ