Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Namazı əvvəl vaxtı qılmaq

Namazı əvvəl vaxtı qılmaq

Vacibatlarda müəyyən güzəştlər varsa da, namazda heç bir güzəşt yoxdur. Namazı təxirə salmaq mümkün olsa da onu hökmən yerinə yetirmək lazımdır.Zöhr namazı üçün 3 saat vaxt nəzərdə tutulubsa onun ilk 20 dəqiqəsi namazın əvvəl vaxtı hesab edilir. Bəs namazı əvvəl vaxtda qılmağın nə kimi fəzilətləri var?

“Bütün namazları və (xüsusilə) orta namazı (zöhr namazını) qoruyun və (namazda, həmçinin hər bir işdə) Allaha xatir itaətkar halda ayağa qalxın». («Bəqərə» 238).

Namazı əvvəl vaxtda qılan mübarək insanlardan biri İmam Zaman ağadır (ə.f).
1)Həzrət Rəsulullah (s) namazı ilk vaxtda qılana zamin olacağını söyləmişdir. Birinci ölüm anında ki, ölüm o şəxs üçün asan olar. Biri də Qiyamətdə. O Həzrət buyurur ki, “Qiyamətdə cəhənnəm odunun qarşısında duraram ki, o şəxsi yandırmasın».
2)İmam Sadiq (ə) buyurur: "Ölüm zamanı ölüm mələyi namazın (vaxtına) nəzarət edən kəsdən şeytanı dəf edər və bu halda şəhadətləri ona təlqin edər».
3)İmam Baqir (ə) buyurur: «Nə zaman əvvəl vaxtda qılınan namaz yuxarı qalxar, ağ və nurlu halda sahibinə tərəf geri qayıdar. Ona xitab edər: Məni qorudun, Allah da səni qorusun"".
4) Həzrət Peyğəmbər (s) buyurur: "(Namazqılan) bəndə ki, namazın vaxtına nəzarət edər, namazına görə günəşin vaxtına diqqət edər, mən onun üçün ölüm zamanı rahatlığı və qəm-qüssəni dəf etməyi və cəhənnəm atəşindən nicat tapmağı zəmanət edərəm».
5) İmam Baqir (ə) buyurur: "Hər bir mömin ki, namazına nəzarət edər və onu vaxtında yerinə yetirər, qafil insanlardan hesab olunmaz».
6)Həzrət Peyğəmbər (s) buyurur: «O zamana qədər ki, namaz halındasan — Qadir Padşahın evinin qapısını döyərsən və hər kim padşahın evinin qapısını çoxlu döyər — nəhayət o qapı üzünə açılar».
7)O kəs ki, namazını əvvəl vaxtda qılar, mələklər onun namazını İmam Zamanın (ə.f.) və saleh bəndələrin namazı ilə bir yerdə göyə qaldırar.
8)İstəklər həyata keçər. İmam Həsən Əsgəri (ə) buyurur: «Həzrət Musa (ə) Allahdan soruşur: «Allahım! Namazını əvvəl vaxtda qılanların savabı nədir?».
Allah Təala buyurur: «İstəklərini yerinə yetirərəm. Behişti ona mübah edərəm».

.
9)Problemlər aradan gedər.
Həzrət Peyğəmbər (s) buyurur: «O bəndə ki, namazın vaxtına əhəmiyyət verər, mən üç şeyi onun üçün zəmanət edərəm:
— giriftarlıqların aradan qalxmasını,
— ölən zaman rahat olmasını,
— atəşdən nicat tapmasını».

.
10)Behiştə daxil olmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Sizin Allahınız buyurur: Bu beş namaz — vacibatdır. Ona görə də hər kim bu namazları vaxtında yerinə yetirərsə, Qiyamət günü Mənimlə görüşəcəkdir. Mənim öhdəmdədir ki, onu behiştə daxil edəm».
.
11)Şeytanın (lən) uzaq olması. Həzrət Peyğəmbər (s) buyurur: “O mömin ki, beş namazın vaxtını qoruyur, şeytan davamlı olaraq ondan qorxar. Əgər onu zay edərsə, ona qarşı cürət əldə edər və onu böyük günahlara salar».
.
12)Allah ondan razı olar. İmam Sadiq (ə) buyurur: “Namazı əvvəl vaxtda qılmaq — müstəhəb və savabı artıran əməldir».
.
13)Səma bəlalarından amanda olmaq. Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, Sübhan Allah səmadan bəla nazil edər, Quranı həml edənlər, namazın vaxtına riayət edənlər, məscidləri abad edənlər bu bəladan amanda olarlar”
Allah Təala bizləri bu fəzilətlərə çatdırsın, inşəallah!








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ