Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Düzgün dua etməyi peyğəmbərlərdən (ə) öyrənək

Düzgün dua etməyi peyğəmbərlərdən (ə) öyrənək

Dua insanın çətinliyə düşən zaman ən böyük silahıdır. İnsan dua vasitəsilə Uca və Qadir olan Allaha diqqət edir və Ondan istəyir ki, çətinliklərini asan etsin və ona yardım etsin. Bunu nəzərə almaq lazımdır ki, duamızın yerinə yetməsi üçün düzgün dua etməyi bacarmalıyıq. Buna görə də Allahın seçilmiş bəndələrinin dualarına nəzər salaq və onlardan ibrət alaq. (Tebyan)

Həzrət Nuh (ə).

Lunar.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Nuh (ə) öz qəbiləsi ilə danışan zaman həmişə Allaha həmd edərdi ki, bu da onun əməli təbliğinin nümunələrindən idi. Allah Təala bu səhnəni belə təsvir edir: "Dedilər: "Ey Nuh, doğrudan da sən bizimlə mübahisə etdin və (özü də) çox mübahisə etdin. Buna görə də əgər doğruçulardansansa, (ilahi əzabdan) vəd etdiyini bizə gətir". Nuh dedi: "Əgər Allah istəsə, onu sizə gətirər və siz (mübarizə etmək, ya qaçmaqla Onu) əsla aciz qoyan deyilsiniz". "Və əgər Allah sizi (azğınlığınıza görə) zəlalət çölündə (sərgərdan) buraxmaq istəsə, mən sizə xeyirxahlıq etmək istəsəm də, xeyirxahlığım sizə əsla fayda verməyəcəkdir. O, sizin Rəbbinizdir və Ona tərəf qaytarılacaqsınız"". ("Hud" 32-34).

Həzrət Nuh (ə) bildirir ki, bəla və əzab onun deyil, Qadir Allahın əlindədir və bu dünyada baş verənlərin hamısını Allaha nisbət verir. Allahı böyük sayaraq və Onun iradəsinə söykənərək, dua ədəbinə riayət edir. O, insanlara bildirmək istəyir ki, onun bütün işləri Həzrət Haqqa söykənərək baş verir.

Həzrət İbrahim (ə).

Həzrət İbrahimin (ə) ömrünün son günlərində etdiyi duanı Quran belə bəyan edir: "Ey Rəbbim, o bütlər insanların çoxunu azdırmışlar (onların azmalarına səbəb olmuşlar). Odur ki, kim mənə tabe olsa, o, məndəndir və kim mənə itaətsizlik etsə, həqiqətən Sən çox bağışlayan və mehribansan". "Ey Rəbbimiz, həqiqətən mən övladlarımdan bəzisini (İsmaili anası ilə birgə) Sənin möhtərəm və toxunulmaz evinin yanında əkinsiz bir dərədə sakin etdim ki, - ey Rəbbimiz, - namaz qılsınlar. Buna görə də elə et ki, insanların bir qisminin qəlbləri onlara meyl etsin. Və müxtəlif məhsullardan onlara ruzi ver, bəlkə şükür etsinlər". "Ey Rəbbimiz, şübhəsiz, Sən bizim gizlətdiyimizi də, aşkar etdiyimizi də bilirsən. Yerdə və göydə heç bir şey Allahdan gizlin deyildir". "Həmd və şükr olsun qocalıq çağımda mənə İsmaili və İshaqı əta edən Allaha! Həqiqətən mənim Rəbbim duanı eşidən və qəbul edəndir". "Ey Rəbbim, məni namaz qılanlardan et, həmçinin övladlarımdan (da namaz qılanlar et)! Ey Rəbbimiz, duamı qəbul et!" ("İbrahim" 36-41).

Bu dualardan Həzrətin (ə) nə qədər İlahi rəhmətə ümidvar olduğunu hiss etmək olar. İbrahimin (ə) etdiyi dualara nəzər salan zaman görmək olar ki, o, hər bir duada Allahın gözəl adlarının adını çəkir: Ğəfur, Rəhim, Səmiud-dua kimi. Hər bir duada isə Rəbb sözünü işlədir. Çünki Allahın rübubiyyəti Allahla bəndəsi arasında olan rabitə vasitəsidir.

Həzrət Musa (ə).

Həzrət Musa (ə) Misirdə olan zaman bir qibtini öldürür və əllərini açıb Allaha belə dua edir: "(Musa) dedi: "Ey Rəbbim, əlbəttə ki, mən (bu qibtini vurub öldürməklə) özüm-özümə zülm etdim, (çünki, özümü Fironun adamlarının təhlükəsinə atdım). Buna görə məni bağışla (onun pis nəticələrindən məni qoru)"". ("Qəsəs" 16).

Bu duadan göründüyü kimi, Musa (ə) ilk əvvəl səhvini boynuna alır və onu etiraf edir. Musa (ə) Misirdən çıxandan sonra Mədainə gəlir və Allah Təaladan hacətini istəyir. "Ey Rəbbim, həqiqətən, mən Sənin mənə nazil edəcəyin hər hansı bir xeyrə (yeməyə) möhtacam". ("Qəsəs" 24). Yəni, özünün aciz Allahın isə qadir olduğunu vurğulayır.

Həzrət İsa (ə).

Həzrət İsa (ə) Allahla söhbət edən zaman dua ədəbinə belə riayət edir: "Mən onlara yalnız Sənin mənə əmr etdiyini - "mənim Rəbbim və sizin Rəbbiniz olan Allaha ibadət edin" demişəm. Nə qədər ki, onların arasında idim, onlara şahid idim. Elə ki, məni (Özünə tərəf) qaldırdın, Sən Özün onlara nəzarətçi idin. Sən hər bir şeydən xəbərdar və (hər bir şeyi) bilənsən". "Əgər onlara əzab versən, onlar Sənin bəndələrindir (və Sənin əzabın eynilə ədalətdir) və əgər onları bağışlasan (bu qüdrət və hikmət əsasındadır və) həqiqətən, Sən Özün yenilməz qüdrət və hikmət sahibisən"". ("Maidə" 117-118).

Beləliklə, deyə bilərik ki, dua edən zaman onun ədəbinə riayət etsək, duamız daha tez qəbul olar. Bu Quran ayələrindən dua ədəbi ilə bağlı bəzi nəticələr əldə etmək olar ki, onlara işarə edək:

- Allaha Rəbb adı ilə xitab edib, istəyimizi bildirək.

- İnsan gərək həqiqi nemətləri Allahdan istəsin.

- İnsan zehnində olanları bəyan etsin və bir şeyin ona xeyir gətirib-gətirməyəcəyini bilmirsə, onu Allahdan istəməsin.

- Hər bir şey Allahın əlindədir və O, hər şeydən Agahdır. Lakin bununla belə insan hacətini dilinə gətirib Allahdan istəməlidir.

- Allahın gözəl adlarından öz hacətinə uyğun olandan istifadə et. Məsələn, tövbə etmək istəyirsənsə, Təvvab de. Əgər ruzi istəyirsənsə, Rəzzaq və Fəttah de. Əgər şəfa istəyirsənsə, Şafe de.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ