Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Doğru yolun misalı

Doğru yolun misalı

Allah Elçisi - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: "Allah doğru yolu məsəl çəkir; yolun hər iki tərəfində divarlar, onun üzərində açıq qapılar, qapıların üzərində isə zərif pərdə vardır. Yolun başında duran bir carçı belə deyir:
"Ey insanlar! Hamılıqla doğru yolla gedin və yolu­nuz­dan sapmayın!"
Lunar.az zikr.az-a istinadən bildirir ki, yolun üzərində duran bir carçı isə hər dəfə insan o qapı­lardan birini açdıqda, belə deyir:
"Vay sənin halına, onu açma! Onu açsan, mütləq ora girəcəksən". (Bundan sonra Allah Elçisi bunları açıqlaya­raq buyurdu:)
"Yol İslamdır, divarlar Allahın hüdudları, açıq qapılar Allahın haramları, yolun başında duran carçı Allahın Kitabı, yolun üzərində olan carçı isə Allahın hər bir mömin qulunun qəlbində olan nəsihətçisidir".








Информация
Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ