Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Müqəttəə hərflər nə deməkdir?

Müqəttəə hərflər nə deməkdir?

Ərəb dilində müqəttəə hərflər "kəsik, tək-tək hərflər" deməkdir. Qurani-Kərimin 29 surəsinin əvvəlində işlədilən, hər hansı dəqiq mənanı ifadə etməyən ayrı-ayrı hərflərə bu ad verilib.

Lunar.az islam.az-a istinadən bildirir ki, müqəttəə hərflər ərəb əlifbasının 14 hərfini əhatə edir: əlif, he, ha, ta, ye, kaf, lam, mim, nun, sin, ayn, qaf, sad və ra. Bu hərflər bəzən tək, bəzən cüt halda, bəzən də üç, dörd və beş hərfin kombinasiyası şəklində işlədilib. Məsələn: qaf, ya-sin, əlif-lam-mim, əlif-lam-mim-sad, ha-mim-ayn-sin-qaf.

Müqəttə hərflərin hansı mənanı ifadə etdiyi barədə irəli sürülmüş nəzəriyyələr həddən artıq rəngarəngdir. Geniş yayılmış nəzəriyyəyə görə, Allah surələrin əvvəlinə adi ərəb hərflərini əlavə etməklə insanlara başa salmaq istəyir ki, Quran onların danışdıqları adi hərflərdən təşkil olunub. Amma onlar bu hərflərin vasitəsilə Quranın mislini yaratmağa qadir deyillər. Bəzi alimlər müqəttəə hərfləri gizli və dərkolunmaz sirr saymışlar.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ