Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Xərçəng xəstəliyindən ölən körpə axirətdə də dünyadakı kimi əzab çəkəcəkmi?

Xərçəng xəstəliyindən ölən körpə axirətdə də dünyadakı kimi əzab çəkəcəkmi?

Allah sizə səbr versin və övladınıza rəhmət etsin. İntihar edənlər istisna olmaqla, dünyada əzab-əziyyət çəkənlərin axirətdə də həmin əziyyəti çəkməsi şəriətdə bildirilməmişdir. İnsan öldükdən sonra bu dünya ilə tamamən əlaqəsi kəsilir, onlar diriləri nə görürlər, nə də eşidirlər.

Lunar.az zikr.az-a istinadən bildirir ki, ancaq Cənnətdə hər kəs Cənnətə düşən ailə üzvləri ilə birlikdə yaşayacaq. Həmçinin, vəfat edən uşaqlar haqda Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bir çox müjdə verici hədisləri var. Belə ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: "Möminlərin (həddi-buluğa çatmadan ölən) uşaqları Cənnətdəki dağdadır. Qiyamət günü valideynlərinə qaytarılana qədər İbrahim və Sara onlara himayədarlıq edirlər". (əl-Hakim, 1418).

Həmçinin buyurmuşdur: "Uca Allah buyurur: "Mən mömin qulumun sevdiyi yaxın adamının canını alsam, sonra o buna (səbir edib axirətdə əvəzini alaca­ğına) ümid edərsə, Mənim ona verəcəyim mükafat ancaq Cənnət olar". (əl-Buxari, 5944).

Siz də səbr edin, ibadət və digər xeyirli əməllər edərək Allaha yönəlin ki, Cənnətdə övladınızla bir yerdə olasınız.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ