Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Hamilə qadın nə cür namaz qılmalıdır?

Hamilə qadın nə cür namaz qılmalıdır?

Cavab:İslam dini asanlıq dinidir. Allah Təala Qurani-Kərimdə belə buyurur:

“Allah heç kimə onun gücünün çatdığından artıq yük yükləməz”. (Bəqərə, 2/286)

Allah Təala insanlara dinin əmr etdiyi məsələlərdə heç bir çətinlik yükləməyib. O, belə buyurur:

“Allah sizi çətinliyə salmaq istəmir, lakin O, sizi arındırmaq (pak və təmiz etmək) və sizə verdiyi nemətini tamamlamaq istəyir. Beləcə bəlkə, şükr edəsiniz”. (Maidə, 5/6)

“(Allah) sizə din barəsində heç bir çətinlik yükləməyib”. (Həcc, 22/78)

“Kora babal yoxdur, topala babal yoxdur, xəstəyə də babal yoxdur (onlara günah gəlməz)”. (Fəth, 48/17)

Namazını ayaq üstə qıla bilməyənlərlə əlaqədar olaraq belə bir hədis var:

İmran ibn Husayndan rəvayət edilir: Məndə hemoroid (babasil) xəstəliyi var idi. Peyğəmbərimizdən soruşdum ki, belə bir vəziyyətdə namazı necə qılım? O, mənə cavab olaraq: “Namazı ayaq üstə qıl. Əgər buna gücün çatmasa, oturub qıl. Buna da gücün çatmasa, böyür üstə uzanıb qıl”1 – dedi.

Siz ancaq əlinizdən gələn və görə bildiyiniz işlərə görə cavabdehsiniz. Namazınızı bacardığınız qədər oturub qılın. Gücünüz buna da çatmasa, hədisdə bildirildiyi kimi uzanıb qılın.








Информация
Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ