Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Allahın "əs-Saməd" adının mənası

Allahın "əs-Saməd" adının mənası

Əs-Saməd sözü heç kəsə və heç nəyə möhtac olmayan, həmçinin, üzərində hər hansı bir başçısı olmayan hökmdar deməkdir. Allahın əs-Saməd adı

Qurani-Kərimdə bir dəfə əl-İxlas surəsində zikr edilir. Uca Allah buyurur:

"Mərhəmətli və Rəhmli Allahın adı ilə! De: "O Allah Təkdir! Allah Möhtac deyildir. O, nə doğub, nə doğulub, Onun bənzəri də yoxdur".

Lunar.Az zikr.az-a istinadən bildirir ki, Allahın əs-Saməd adı Peyğəmbərin səhih hədislərində də zikr edilir. Rəvayət edilir ki, Mihcən ibn əl-Ədrai demişdir:

"Bir gün Allah Elçisi - sallallahu aleyhi və səlləm - məscidə daxil olduqda bir kişinin namazını bitirərkən təşəhhüddə belə dua etdiyini eşitdi: "Allahım, Sənə yalvarıram! Ey Allah, Sən Təksən, Möhtac deyilsən (əs-Saməd), doğmayan, doğulmayan və heç bir tayı-bərabəri olmayansan. Günahlarımı mənə bağışla! Şübhəsiz ki, Sən Bağışlayansan, Rəhmlisən". Allah Elçisi də üç dəfə: "O bağışlandı, o bağışlandı" - deyə buyurdu." (ən-Nəsai, 1301).
əs-Saməd olan Allah bütün məxluqların ehtiyaclarını ödəyən, heç kəsə möhtac olmayan, əzəldən var olan əbədi Hökmdardır. Göylərdə və yerdə nə varsa, hamısı Ona möhtacdır.








Информация
Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ