İmam Əliyə (ə) çox sayda ləqəblər verilmişdir ki, onlar bəzisi məşhur olmuş, bəziləri isə çox az yayılmışdır. Onlardan biri də Qəzənfərdir.
Lunar.az xəbər verir ki, Qəzənfər ləqəbi həm cismi və həm də qüdrət baxımından İmama (ə) yaraşan ləqəblərdəndir. İmam (ə) heç bir zaman düşmənə arxa çevirməmişdi. İmam (ə) bir şir kimi döyüş meydanında düşmənə hücum çəkir və igidlik nümayiş etdirirdi. Necə ki, Həzrətin (ə) başqa ləqəblərindən biri də Əsədullah idi.
Qəzənfər - cüssəli və igid bir insana deyərlər. Bu insanların möhkəm və heybətli bədəni olur. Onlar çox şücaətli və igiddirlər. (Tebyan)
Əmr ibni Əbduvəd öldürüləndən sonra Həsan ibni Sabit Ənsari bir şeir yazır və bu şeir Bəni-Amir qəbiləsinin qulağına çatır. Cavanlardan biri deyir: "Siz Mədinə xalqı Əmrin öldürülməsini özünüzə nisbət verməyin. Onu öz hünəriniz hesab etməyin. Çünki onu şir öldürmüşdür".
İbni Şəhri Aşub "Mənaqib"də İmam Əlinin (ə) şücaəti barəsində danışan zaman ona Qəzənfər ləqəbi ilə müraciət etmişdi.//deyerler.org