Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Əvvəli küfr, axırı iman olan müqəddəs kəlmə

Əvvəli küfr, axırı iman olan müqəddəs kəlmə

Lunar.az deyerler.org-a istinadən bildirir ki, İmam Sadiqin (ə) dostlarından olan İbni Əbi Leyla nəql edir: "Bir gün Nəman Kufi ilə bir yerdə İmamın (ə) xidmətinə getmişdik və Həzrət (ə) onu görən kimi mənə buyurdu: "Bu şəxs kimdir?".

Dedim: "Kufə əhalisindən olan Nəman Kufidir ki, rəy və nüfuz sahibidir".
Həzrət (ə) buyurdu: "Həmin o kəsdir ki, öz rəy və nəzəri ilə əşyaları bir-biri ilə müqayisə edir?".
Dedim: "Bəli".
İmam (ə) üzünü Nəmana tutub buyurdu: "Ey Nəman! Başını bədəninin başqa üzvləri ilə müqayisə edə bilərsənmi?".
Nəman dedi: "Xeyr".
İmam (ə) buyurdu: "Yaxşı iş görmürsən. O kəlməni tanıyırsanmı ki, əvvəli küfr, axırı imandır?".
Nəman dedi: "Xeyr".
İmam (ə) buyurdu: "Göz suyunun şor olmasına, qulaq mayesinin acı olmasına, hulqumun rütubətli olmasına və ağız suyunun dadsız olmasına görə biliyin vardırmı?".
Dedi: "Xeyr".
İbni Əbi Leyla deyir: "Mən İmama (ə) ərz etdim: "Qurban olum, siz özünüz onların cavabını verin ki, bəhrələnək"".
İmam (ə) buyurdu: "Həqiqətən Allah Təala insan gözünü piydən və yağdan yaratmışdır. Əgər şor mayə orada olmasa, piy tezliklə xarab olar. Başqa bir xasiyyəti də budur ki, əgər gözə bir şey düşərsə, suyun şor olmasına görə məhv olar. Gözə zərər vura bilməz. Allah qulaqda acılıq qərar vermişdir ki, həşəratların beynə daxil olmasına mane olsun.
Ağız suyunun dadsız olması - əşyaların dadını hiss etməyə səbəb olar. Hulqumun rütubətli olması sayəsində baş və sinənin qarışıqları (bəlğəm) xaric olar.
Ancaq o kəlmə ki, əvvəli küfr və axırı imandır: "Lə iləhə illəllah"dır. Əvvəli "Lə iləhə"dir ki, yəni "heç bir Allah və Xaliq mövcud deyildir". Sonu isə "illəllah"dır, yəni "Tək olan Allahdan başqa"".








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ