Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Yezidə lənət oxumaq olarmı?

Yezidə lənət oxumaq olarmı?

Alimlərin Yezidə lənət oxumaq barədə görüşləri fərqlidir. Yezidin günahkar, şərabxor, əxlaqsız, meymunbaz, qəddar bir adam olması, Allahı, vəhyi, Quranı inkar etməsi tarixi mənbələrdə inkarolunmaz faktlarla təsbit edilib. Bununla belə, alimlərin bir qismi onu günahkar sayır, amma lənətə layiq bilmirlər.

Lunar.az islam.az-a istinadən bildirir ki, bəziləri hətta Yezidin sonradan peşman olub tövbə etdiyinə inanırlar. Bəzi alimlər isə Yezidin Kərbəla faciəsində əli olduğu barədə məlumatları yetərli saymırlar. Şiə məzhəbli alimlərin hamısı Yezidi lənətə layiq bilir, hətta ona lənət söyləməyi müsəlmanların vəzifəsi hesab edirlər. Əhli-sünnə alimlərindən bir qismi Yezidə lənət oxumuş və öz kitablarında bunu təşviq etmişlər (məsələn, Əhməd ibn Hənbəl, Alusi, Süyuti, Təftazani, İbn Covzi, Şovkani, Yafei və b.). Qəzzali, İbn Teymiyyə, İbn Həcər Heysəmi kimi bəzi alimlər isə Yezidin hərəkətlərini məzəmmət etməklə yanaşı, ona lənət söyləməyə icazə verməmişlər.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ