Müsəlman toyunun necə keçirilməsi haqda səhih hədislərdə xəbər verilir. Bildiyiniz kimi Uca Allah İslam dinini bütün xalqlara, millətlərə göndərmişdir. İslam yer üzərində asan və ən kamil dindir.Lunar.Az zikr.az-a istinadən bildirir ki, İslam hər bir xalqın adət-ənənəsinə hörmətlə yanaşaraq toy, nişan və s. kimi mərasimlərin keçirilməsi üçün bir qayda olaraq müəyyən adət-ənənə tətbiq etməmişdir. İslam sadəcə olaraq qadağaları bəyan etmiş və onlara şərtlər təyin etmişdir. Ölkəmizdə keçirilən toy mərasimlərində daha çox yol verilən günah əməllər aşağıdakılardır:
İçki vermək.
İsrafçılıq
Açıq saçıq geyimlər
Kişilərlə qadınların bir məclisdə iştirak etməsi.
Musiqi verilməsi.
Yəhudi və xristianların adət-ənənələrindən istifadə edilməsi.