Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
İmam Əlinin Qiyamətdəki məqamı

İmam Əlinin Qiyamətdəki məqamı

Həzrət Peyğəmbərdən (s) nəql edilir ki, Əmirəl-möminə (ə) xitab edərək buyurur: "Ey Əli! Sən - sənsən, mən - mənəm. Sən məndənsən və mən də səndən. Sənin ətin - mənim ətimdir, qanın - mənim qanımdır, sənin məqamın - mənim məqamımdır.

Sən məndən sonra canişinim və ümmətimin İmamısan. Hər kim səni sevər, məni sevmiş olar. Hər kim səni düşmən bilər, məni düşmən bilmiş olar.
Lunar.Az deyerler.org-a istinadən bildirir ki, nübuvvətdən savayı, mənim bütün məqamım səndəndir. Mən sənsiz nə dünyada və nə də axirətdə ehtiyacsız deyiləm. Çünki Qiyamət günü diriləcəksən, o zaman ki, mən diriləcəyəm. Bədəninə paltar geyinəcəksən, o zaman ki, mən geyinəcəyəm. Razı olacaqsan, o zaman ki, mən razı olacağam. Bu xəlqin hesabı səninlədir və qayıtmaqları sənə tərəfdir.
(Qiyamət gününün) sabahı günü Kövsər səndəndir və sən, hidayət olmuş üçün doğru yolsan. Şəfaət, şəhadət (şəhadət vermək) sənin üçündür və sənsən Qiyamət günü yaxşı və pis bəndələri tanıdan. Siratdan keçmək icazəsi, behiştə daxil olmaq, mənzillərə və qəsrlərə enmək - səninlədir.
Sənsən behişt əhlini behiştə daxil edən. Sənsən cəhənnəm əhlini ona tərəf toplayan. Sənsən onun odununu ona atan.
Həmd bayrağı sənin əlindədir və o 70 parçadır ki, hər parçasının ölçüsü Günəşlə Ay arasında olan fasilə qədərdir. Adəm (ə) və ondan sonra olanlar sənin bayrağın altındadırlar. Qiyamət günü peyğəmbərlər sənin davamçılarındır. Cəhənnəmə getməz, məgər o kəsdən başqa ki, səni onu Əhli-Beyt (ə) davamçısı kimi tanımayasan. O da səni əmanət kimi tanımasın. O zaman ki, behiştlilər behiştdə və cəhənnəm əhli cəhənnəmdə yerləşdi, sənə deyilər: "Ey Əli! Qapılarını üzlərinə bağla və behişt ilə cəhənnəm arasında fəryad çək: "Ey behiştlilər! Cavid, cavidsiniz, ölüm yoxdur. Ey cəhənnəmlilər! Cavid, cavidsiniz, ölüm olmayacaqdır"".
Ona görə də vay olsun sənin fəzlini inkar edənlərə və əmrindən boyun qaçırdanlara!". (Tebyan)
Allah Təala bizləri Əli (ə) vilayətində qərar versin!








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ