Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bu surəni oxuyan üçün mələklər istiğfar edərlər

Bu surəni oxuyan üçün mələklər istiğfar edərlər

Bu surəni oxuyan üçün mələklər istiğfar edərlər



Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim "Duxan" surəsini cümə gününün gecəsi və gündüzü oxuyarsa, Allah behiştdə onun üçün evlər tikər".

Lunar.az bildirir ki, Həzrət (s) başqa yerdə buyurur: "Hər kim "Duxan" surəsini gecə oxuyar, səhəri elə edər ki, 70 min mələk onun üçün istiğfar edərlər". (Tebyan)
İmam Baqir (ə) buyurur: "Hər kim "Duxan" surəsini vacib və nafilə namazlarında oxuyarsa, Allah onu o kəslərin zümrəsindən məbus edər ki, Qiyamət günü təhlükəsiz halda gəzərlər. Ərşinin kölgəsində qərar verər, hesabı ona asan edər və əməl dəftərini sağ əlinə verər".

Bu surədə yeddi mövzuya işarə edilmişdir:

1. Quranın əzəməti bəyan edilmişdir və Qədr gecəsinə işarə edilmişdir.
2. Allahın tövhidindən, yeganəliyindən və varlıq aləmindəki bəzi nişanələrindən söz açılmışdır.
3. Kafirlərin başına gələcək ağrılı əzablardan danışılmışdır.
4. Qafilləri yuxudan ayıltmaq üçün Musanın (ə), Bəni-İsrayilin Firon qarşısındakı sərgüzəştlərindən bəhs edilmişdir.
5. Qiyamətdən, axirət əzabları və təqva əhlinin mükafatlarından söz açılmışdır.
6. Varlıq aləminin hədəfindən, səmanın və Yerin xilqətinin səbəbsiz olmadığından bəhs edilmişdir.
7. Quranın əzəməti bir daha bəyan edilərək, sona çatdırılmışdır.
Bu surənin onuncu ayəsində "Duxani mubin" haqqında söz açıldığı üçün bu surə də "Duxan" adını almışdır.
(deyerler.org)








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ