Hədislərdə oxuyuruq ki, Məsum İmamların (ə) zamanında təsbih ya 34, ya da 33 dənədən ibarət idi.
İmam Musa ibni Cəfər (ə) buyurur: "Mömin beş şeydən ehtiyacsız deyildir: misvak, daraq, səccadə, 34 dənəli təsbih, əqiq üzük".
İmam Kazım (ə) başqa yerdə buyurur: "Bizim davamçlarımız dörd şeydən ehtiyacsız deyildirlər: üzərində namaz qıldıqları həsir, əllərinə taxdıqları üzük, misvak edikləri misvak, Seyyidi-şühəda (ə) türbətindən olan və dənəsinin sayı 33 olan təsbihdən. Nə zaman onunla təsbih deyər, Allah hər dənənin qarşılığında ona dörd həsənə yazar. Nə zaman zikr demədən həmin təsbihlə məşğul olar, Allah onun üçün 20 həsənə yazar".
Lunar.Az deyerler.org-a istinadən bildirir ki, bu iki hədis bir-birindən fərqli deyildir. O zaman ki, təsbihin dənəsinin sayını 34 deyirlər, təsbihin başında olan dənəni də hesablaşmış olurlar. O zaman ki, 33 deyirlər, təsbihin başında olan həmin dənəni hesaba almırlar.
Muhəmməd Təqi Məclisi bu haqda buyurur: "33 dənə əsil və biri də hamısının üstündə, bu Mövlanın təsbihi, vacibul-itaə və bizim Fatimeyi-Zəhranın (s.ə) məhəbbətidir. O zaman ki, Həmzə şəhid olur, Xanım (s.ə) Həmzənin qəbrinin torpağından bu təsbihi düzəldir və hər namazdan sonra onunla təsbih edərdi".
Hal-hazırki dövrdə təsbihlər zikrin rahatlığı üçün adətən üç dəfə 33 dənəli sıradan ibarətdir ki, aralarında da iki dənə mövcuddur. Onların arasındakı fasiləni göstərir.