Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
"Salam" kəlməsinin savabı haqqında

"Salam" kəlməsinin savabı haqqında

"Salam" kəlməsinin savabı haqqında



Salam kəlməsinin savabı haqqında....
Salam! Hər gün ən azı,10 dəfə işlətdiyimiz bu sözün nə qədər əhəmiyyətli olduğunu təsəvvür edə bilməzsiniz.Zahirən çox kiçik olan bu kəlmənin necə böyük işlər etməyə qadir olduğunu bilsəniz,salam verməkdən nəinki boyun qaçıracaqsınız,hətta sevimli Peyğəmbərimiz Həzrət Məhəmmədin(s.ə.s)bəzi səhabələri kimi qəsdən evdən çıxacaqsınız ki,rastlaşdığın insanlara gözəl salam verəsən!..
“Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya(eynilə sahibinə)qaytarın!Şübhəsiz,Allah hər şeyi hesaba alandır”(surə 4,ayə 86)
“Ey iman gətirənlər!Başqalarının evlərinə sahiblərindən icazə və onlara salam vermədən girməyin.Bu sizin üçün daha yaxşıdır.”(surə 24,ayə 27)
“Salam” o qədər dəyərli kəlmədir ki,Allah öz sadiq bəndələrini də Axirətdə”salam”la salamlayacaq:”İman gətirib yaxşı işlər görənlər isə(ağacları)altından çaylar axan cənnətlərə daxil ediləcəklər...Onların orada bir-birinə(yaxud Allahın,mələklərin onlara)günaydınlıq verməsi”Salam!”(demək)olacaqdır!”(surə 14,ayə23)
Salamlaşma mələklərə xas birxüsusiyyətdir:”Həqiqətən,elçilərimiz(mələklər)İbrahimə müjdə gətirib”Salam!”-dedilər.(İbrahim də”Salam!”-deyə cavab verdi...”(surə 11,ayə 69)

Adətən,bizdən kiməsə salam göndərməyimizi xahiş edirlər.Ancaq bunu əhəmiyyətsiz saydığımzdan ya unuduruq,ya da yadımıza düşəndə yerinə yetiririk.Salamı vermək savab olduğu kimi salam göndərmək də vacibdir.həmçinin salama yazılı şəkildə də cavab vermək vacibdir.Məsələn internet vasitəsilə yazışdığında və ya məktub göndərəndə.
Hətta bəzi hədislərdə qeyd olunur ki,evə daxil olan heç kim olmasa belə salam vermək gözəldir.Çünki bu zaman insan mələklərlə salamlaşmış olur.onu da qeyd etmək lazımdır ki,bəzi hallarda salam verməmək də olar.məsələn,kimsə Qurani-Kərim oxuyursa və ya dinləyirsə,azan oxuyursa,bu vaxt ona salam verməmək də olar.Salamı salamla və ya daha gözəl şəkildə cavablandırmaq insana Cənnət sakinlərindən biri olmağa qazandıra bilər!








ORXAN от 3 yanvar 2017 21:32
sağol qaqa ALLAH razı olsun belə gözəl redaktən üçün )) əllərin dərd görməsin
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ