Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Gözəl səbir nədir? Səbrin hansı 3 növü var?

Gözəl səbir nədir? Səbrin hansı 3 növü var?

Gözəl səbir nədir? Səbrin hansı 3 növü var?


Gözəl səbir – o səbirdir ki, Allah üçün həyata keçər və davamlı olar. Ümidsizliyin ona yolu olmaz. Taqətsizlik, ah və nalə etməklə bir yerdə olmaz. Gözəl səbir – o səbirdir ki, insan həyatın ağır hadisələri və imtahanları qarşısında şəxsiyyətini nümayiş etdirər və ruhunun nə qədər geniş olduğunu göstərər.
Səbrin lüğətdə mənası nəfsi həbs etmək və məhdudiyyətdə qərar verməkdir.

Əxlaq elmində səbri müxtəlif cür şərh edirlər.


1. Səbir ibarətdir: nəfsi ağlın və dinin buyurduqlarına vadar etməkdən. Və ağlın və dinin qadağan etdiklərindən çəkindirməkdən.
2. Səbir – yəni, nəfsin çətinliklər və bəlalar zamanı sabitliyini saxlaması. Belə ki, dilini şikayət üçün açmasın, bədənini bəyənilməyən hərəkətlərdən saxlasın.
3. Səbir, yəni dini hədəflərin şeytani və nəfsani hədəflər qarşısında durmasıdır. Bu mənada ki, insan müsibət və çətinlik zamanı şeytanın (lən) vəsvəsələrinə müqavimət göstərər və Allaha itaət yolundan azmaz.


Əziz Peyğəmbərimiz (s) buyurur: “Səbir üç növdür: müsibət zamanı səbir etmək, itaətə səbir etmək, günahı tərk etməyə səbir etmək”.
Müsibətə səbir etmək – İlahi qürb məqamına çatmağın yollarından biridir. Ona görə də Allah Təala bu sifətə malik olan sabirləri Öz məhbubu olan insanlar adlandırmışdır.
İmam Baqir (ə) buyurur: “Həqiqətən, hər kim səbir edər, öz səbiri ilə oruc tutan, gecə oyaq qalanın məqamındadır. (Həmçinin) Peyğəmbərin (s) bayrağı altında qılınc vurmuş şəhid məqamını əldə edər”.

Səbrin insana verdiyi faydalar:


1. Nəfsi qüvvətlənər və insanı tərbiyə edib inkişaf etdirər.
2. Mənəvi dərəcələrə çatmaq üçün ümid olar.
3. İlahi istəklər qarşısında təslim olmaq və ürəyini Məhbubuna tapşırmaq.


Gözəl səbrin nümunələri çoxdur. O cümlədən: Həzrət Yəqubun (ə), Həzrət Yusifin (ə), Həzrət Əyyubun (ə), Həzrət Yunusun (ə) etdikləri səbir. İslam Peyğəmbərinin (s) düşmən mövqedə duran kafirlərin istehza və tənələrinə etdiyi səbir, Əbu Talib dərəsində çəkdiyi çətinliklərə etdiyi səbir, nadanların törətdiklərinə etdiyi səbir. İmam Əlinin (ə) 25 il evində çəkdiyi səbir. İmam Həsənin (ə) sülh bağlayarkən etdiyi səbir. İmam Hüseynin (ə) Aşura hərəkatında etdiyi səbir. Zeynəbin (s.ə) Aşura hadisələrinə görə etdiyi səbir. İmamlarımızın (ə) zalım xəlifələrin törətdiyi çətinliklər qarşısında etdikləri səbir. Mövlamızın (ə.f) min ildən artıqdır ki, qeybdə olmağa etdiyi səbir...
Bu növ səbirlər – gözəl səbirin ən üstün nümunələridir. Allah bizlərə də səbrin bu məqamını heç olmasa dərk etməyi nəsib etsin. Amin!








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ