İmam Musa Kazim (ə.s) buyurur: Allahdan bir hacət istəyəndə de: "Pərvərdigara! Muhamməd (s.a.v.v) və Əhli-Beytinin (ə.s) haqqına Səndən istəyirəm.Çünki o ikisinin Sənin yanında (ali) məqamları vardır."
(Əl-Dəəvat,səh 51,hədis 127)
-
Allah (c.c) Musaya (ə.s) buyurdu: Ey Musa! Mənə günah etmədiyin ağız ilə dua et ki,qəbul olsun. Musa (ə.s) ərz etdi? Ya Rəbbim! O hansı zaman,hansı adamdır ki, günah etmədiyi ağız ilə Sənə dua etsin? Allah (c.c) buyurur: Ya Musa! Başqalarına de ki,sənə dua etsinlər.Sən onların ağızı ilə günah etməyibsən.
-
İmam Əlinin (ə.s) İmam Həsənə (ə.s) vəsiyyətindən: Bil ki, dünya və axirət aləminin xəzinələrinin sahibi olan Kəs, sənə Onu çağırmağa icazə və sənin duanı qəbul etməyə zəmanət vermişdir. Sənə əmr etmişdir ki, Onu çağırasan, O da bəxş etsin. O, mehriban və bağışlayandır.Səninlə özü arasında hicab qoymamış və səni vasitəçi gətirməyə vadar etməmişdir.Sonra öz xəzinələrinin və sərvətlərinin açarı olan duanı və Ondan istəməyi sənin ixtiyarına vermişdir.Beləliklə sən istədiyin vaxt dua etmək ilə Onun xəzinələrinin qapısını açarsan. (Biharul Ənvar,cild 77,səh 204)
-
Allahın Peyğəmbəri (s.a.v.v): Bir kimsə dua edərkən hamı üçün dua etsin.Çünki belə etdikdə duanın qəbul olunma imkanı daha çoxdur. Hər kimsə özü üçün dua etməmişdən qabaq, qırx nəfər (mömin) qardaşı üçün dua etsə, bu dua həm onlar üçün, həm də özü üçün qəbul olunar. (Biharul-Ənvar,cild 93,səh 313)