Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Tövbə et, inşəallah, bağışlanarsan!

Tövbə et, inşəallah, bağışlanarsan!

Tövbə et, inşəallah, bağışlanarsan!







İlahi məğfirət və rəhmətdən naümid olmaq - böyük günahdır. Belə ki, Allah rəhmətindən ümidsizliyə səbəb olan şey, Allahın sonsuz rəhmət və kərəminə zəif etiqaddan irəli gəlir.




Qurani-Məcid onları kafirlərin sifətlərindən qərar vermiş və buyurmuşdur: "Ey mənim oğlanlarım! Gedin Yusifdən və qardaşından əhval tutun, Allahın rəhmətindən naümid olmayın! Ona görə ki, kafir qövmdən başqa heç kəs Allahın rəhmətindən ümidini üzməz". ("Yusuf" 87).

O şəxs ki, günaha batar, ümidsiz olmayıb, tövbə edərsə, bağışlanmış olar. Ancaq məyus insan bağışlanmaz. Çünki bağışlanmasına ümidi olmaz və ona görə də tövbə etməz. Allah Təala Quranda Özünü tövbələri qəbul edən kimi tanıtmışdır. Belə ki, buyurur: "O bəndələrindən tövbəni qəbul edəndir, günahları bağışlayandır və sizin etdiklərinizi bilir". ("Şura" 25). Allah tövbələri qəbul edəndir və günahkarları özünə tərəf dəvət edib, onları tövbə etməyi əmr etmişdir. Buyurmuşdur:"De: "Ey mənim özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmətindən ümidinizi kəsməyin! Həqiqətən, Allah bütün günahları bağışlayar. O çox bağışlayandır, mehribandır". ("Zumər" 53).
Bəli, bu ayədən göründüyü kimi, bütün günahlar bağışlanandır, ancaq gərək Allah dərgahından naümid olmayasan. Ancaq mühüm olan şey odur ki, tövbə tofiqinə nail olub, şərtlərinə əməl edəsiniz. Günahdan peşman olmaq, günahı təkrar etməyəcəyini qərara almaq tövbənin şərtlərindəndir.




Bu haqda gələn hədisdə deyilir: Cabir nəql edir ki, bir qadın Həzrət Peyğəmbərin (s) yanına gəlib deyir: "Bir qadın uşağını öldürübdür, o, tövbə edə bilərmi?". "O Allaha and olsun ki, Muhəmmədin (s) canı onun əlindədir. Əgər həmin qadın 70 Peyğəmbəri öldürsə belə, peşman olub, tövbə edərsə, Allah da onun səmimi olduğunu, bir daha günah işlətməyəcəyini bilib, tövbəsini qəbul edər.
Günahlarını bağışlayar, həqiqətən günahından tövbə edən, o insana bənzəyir ki, günah etməmişdir".



Bəli, İlahi Haqqın ədalətindən və rəhmətindən naümid olmaq lazım deyildir. əgər insan məyus olub, tövbə qapısını açmazsa, heş bir günahı bağışlanmaz.
Tövbə etməyi qərara alan insan İlahi məğfirətə ümid edərək, bu yolu seçir və peşman olduğunu Alllah Təalaya bildirmək istəyir. Sidq ürəklə və peşman olmuş halda edilən tövbə inşaallah ki, bağışlanar.











Inara от 27 avqust 2016 15:23
maragliydi sagol
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ