Quranda təmizlik
Boş və faydasız şeylərdən necə üz çevirmək olar?
Nələr boş və faydasızdır?
Boş və faydasız şeylərdən üz çevirmək insanın sadəcə Allah`ın rizasına uyğun davranması ilə mümkün olar. Mömin dünyada ona verilən müddəti çox yaxşı dəyərləndirməlidir. Çünki bu dünyada etdiyi əməllər nəticəsində axirətdə əbədiyyən qalacağı yer müəyyən olunacaqdır. Ona görə də gördüyü hər işlə axirəti üçün xeyir qazanmağa çalışar. Əlbəttə, hər insan kimi danışar, əylənər, yemək yeyər, gulər, duşunər, işləyər, amma bunları edərkən daima insanlara, dinə fayda verən xeyirli şeylər düşünər.
Bundan əlavə, hər hərəkətini bir məqsədlə edər. Daima ona Allah`ın razılığını ən çox qazandıran işə yonələr. Bunu belə bir misalla izah edə bilərik: avtomobil motorlarının gücü haqqında hər insan sohbət edə bilər. Ancaq momin gorulməli daha vacib işlər varsa, saatlarla bu məsələ haqqında danışmaz. Eyni şəkildə, mömin yanında Allah`ın dinini təbliğ edəcək bir insan varsa, onunla uzun muddət idman yarışlarında hansı tərəfin qalib gələcəyi haqqında danışmaz. Çünki o anda həmin insanın Allah`ın varlığını, böyüklüyünü, cənnətə layiq olmaq və cəhənnəmdən cəkinmək ucun nələr etməli olduğunu öyrənməsi daha vacibdir.
Qısaca desək, momin dinin və musəlmanların xeyrinə olmayan movzularda nə uzun-uzun sohbət edər, nə də bu mövzulara lazım olduğundan artıq vaxt ayırar. Dünya ilə bağlı söhbət edərkən daha faydalı şeylər haqqında danışar, vaxtını yaxşı dəyərləndirər. Həmin anda nəyin mənasız iş, nəyin isə faydalı şey olduğunu vicdanı və ağlı vasitəsilə ayırd edər və bu əxlaqında qətiyyətli olar. Quranda boş sozlə qarşılaşdıqda möminin davranışı belə izah edilir:
Onlar boş bir soz eşitdikləri zaman ondan uz cevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahilləri istəmirik!” – deyirlər. (Qəsəs surəsi, 55)