Cənnətə girən ilk qadın Həzrəti Fatimeyi Zehra bir gün atası peyğəmbərimiz Məhəmməd (s) yanina gəlib dedi: Ata cənnətə ilk olaraq qadınlardan kim girəcək? Peyğəmbərimiz : Filan məhəllədə bir qadin var.O qadın cənnətə ilk girəcək qadındır,buyurdular. Həzrəti Fatimə çox maraqlanmışdı. Məndəndənmi əvvəl girəcək ata? - deyə soruşdu. Həzrəti Peyğəmbərimiz: Səndən də əvvəl girəcək. Istəyirsən get bir tanış ol dedi. Həmdə onu nə üçün ilk cənnətə girən qadın olacağını buyurduqlarınıda öyrənərsən. Çox maraqlanan hz.Fatimə bir gün həmin qadının evini axtara-axtara gəlib tapır və qapını döyür. İçəridən qoca bir qadın səsi esidildi: Kimdir?deyə soruşdu. hz.Fatimə özünü tanıdıb görüşmək istədiyini söyləyəndə qadın : -Canim sənə qurban ey Allah Rəsulunun qızı səninlə görüşməyi çox istəyirdim lakin bayıra çıxmadığım üçün ziyarətinizə gələ bilmirdim.Həyat yoldaşımdan icazə almayınca sizi içəri ala bilmərəm üzr istəyirəm canım sənə qurban.Sabah inşAllah gələrsiniz ve məndə yoldaşımdan icazə alaram gorüşərik dedi. Hz.Fatimə sağollaşıb geri döndü,qadın da axşam əri gələndə məsələni başa salıb icazə aldı.İkinci gün qadınla görüşəcəyinə əmin olan Hz.Fatimə yanında Hz Həsəni"də götürüb gəlir.Qapını döyür və gəldiyini bildirir.Qadın Hz.Fatimənin yanındakı uşağı görüb deyir: Üzr istəyirəm mən ərimdən yalnız sizin üçün izn almışdim,istəyirsiniz siz girin uşaq bayırda gözləsin.Yada ərimdən uşaq üçündə icazə alaram sabah birlikdə gələrsiniz.HZ.Fatimə geri dönüb sabahı gözlədi.Sabah yanında birdə HZ.Hüseyn'idə gətirdi və yenə həminki kimi geri döndü. Qadın ərindən üçünədə icazə aldı və HZ Fatiməni gözləməyə başladı.4-cü gün Hz.Fatimə uşaqlarla birgə qadının evinə gəldi və içəri daxil olub salamlaşdı.Baxıb gördü ki,qapının arxasından danışan yaşlı qadin gözəl ve yaraşıqlı bir xanımdı.Hz.Fatimə təəccüblənib soruşdu:Mənimlə danışarkən səsiniz çox yaşlı qadın səsiydi indi isə tam əksinə. Qadin cavab verdi:Sizinlə danışarkən səsim bayıra çıxırdı,yad kişilər eşitməsin və günaha batmayım deyə ağzıma bir daş parçası almışdım.İndi isə o daşı çıxartdım. Hz.Fatimənin gözləri dolmuşdu.Atasının niyə ilk cənnətə girən qadının bu olduğunu söylədiyini başa düşdü. Qadın HZ.Fatiməyə:Ey Allah Rəsulunun qızı! İndi mən yoldaşıma qarşı vəzifəmi yerinə yetirmiş olurammı?Allah məni ərimə qarşı hesaba çəkər deyə çox qorxuram,dedi. HZ.Fatimə Atasının müjdəsini bildirdi. -Yox! Sən Atamın cənnətə ilk girəcək qadın deyə müjdələdiyi birisən.Heç bir qadın sizin etdiyinizin yüzdə birini etməz ,dedi. VƏ CƏNNƏTƏ GİRƏCƏK İLK QADINLA SÖHBƏTDƏN SONRA İCAZƏ ALIB EVƏ DÖNDÜ