1.Qəlbimi öz eşqinin divanəsi etKafirlərlə eyni formada olmaq, onlara qatışmaq kafirlərin müsəlmanlar üzərində hökmranlıq etmələrini, qələbə çalmalarını asanlaşdırır
2.Qəlbimi öz eşqinin divanəsi etƏgər laqeyid olsaq, iman əhlinin düçar olduğu çətinliklərin, bəlaların aradan qalxması üçün dua etməsək, həmin bəlalar bizə də yaxınlaşacaq.
3.Qəlbimi öz eşqinin divanəsi etİmamlarımız bizi nur içində qərq olmuş görmək üçün dualar ixtiyarımızda qoyublar.
4.Qəlbimi öz eşqinin divanəsi etAilə mühitinin qaynar, səfalı və səmimi olmağını istəsək, səbirli,istiqamətli olmalı, güzəşt etməli və mehriban davranmalıyıq. Belə etsək ailə mühiti isti və nurani olar.
5.Qəlbimi öz eşqinin divanəsi etBiz gərək səhvlər və xətalarımız üçün bəhanə qapısını öz üzümüzə bağlayaq, hər bir səhvimiz üçün istiğfar edək və əgər səhvləri düzəltmək mümkün
olsa, onları düzəldək.
6.Qəlbimi öz eşqinin divanəsi etALLAH eləməsin ki, haram insan üçün gözəl görsənsin. Bu bir növ qəlb xəstəliyidir ki, insan ona düçar olur. Ehtiyacını ödəmək üçün halal yollar olmasına baxmayaraq özünü harama düçar edir!
7.Qəlbimi öz eşqinin divanəsi etYemək, içmək zamanı haramdan çəkinməsək vay halımıza! Çünki elmin, imanın, yaxud küfrün mənbəsi, mənşəsi həmin qidalardır.
8.Qəlbimi öz eşqinin divanəsi etƏgər dua baxımından bir yerə çatmaq istəyirsinizsə, həmişə belə deyin: ALLAHa təsliməm, hər nə istəsə onu etsin, öz bəndəlik vəzifəmizə əməl etmək fikrindəyik
9.Qəlbimi öz eşqinin divanəsi etHeç şübhəsiz əgər insan uyğun məsələyə riayət edə bilsə bu ona kifayət edər və bütün çətin riyazətlərdən (nəfslə mübarizə üçün məşəqqətli əməllər)
ala biləcəyi nəticəni alar. Məsələ bundan ibarətdir: İnsan özünü ALLAHın hüzurunda görsün, bütün hallarda ALLAHın ondan xəbərdar olduğunu bilsin və ALLAHın hər yerdə olduğunu, onun bütün işlərinə və hallarına nəzər saldığını unutmasın.
10.Qəlbimi öz eşqinin divanəsi etBütün dünyanı idarə etmək üçün insanın ağıllı, mömin və dinə bağlı oıması kifayət edər. Dindarlıq və ağıl yer kürəsini idarə etmək üçün kifayət edər.
11.Qəlbimi öz eşqinin divanəsi et“Qəlbimi öz eşqinin divanəsi et, öz eşqinlə doldur” ifadəsi xudbinliyi inkar edir və bu insanın pərvanə olması, nura çatması və nura çevrilməsidir. ALLAHdan istəyək ki, Onun cəzb etməsi ilə özümüzü unudaq, özümüzdən ayrılaq, özsüz olaq ki, özümüzü əzəməti qarşısında itirək.
12.Qəlbimi öz eşqinin divanəsi etDoğru danışmaq doğru yuxular görmək və ruhun səfalı olması üçün çox təsirlidir.
13.Qəlbimi öz eşqinin divanəsi etKamillik, ALLAHla görüş, "liqaullah" qapısı açıqdır. Bəndəlik yolu ilə əldə olunan bu məqamlardan məhrum olmaq heyf deyilmi?!
14.Qəlbimi öz eşqinin divanəsi etŞübhəli yeməklər yemək, həmçinin haramdan çəkinməyən şəxsin yeməyini yemək şəri baxımdan icazəli olsa belə, insanı xəstəliyə düçar edir, ibadətdən məhrum edir və yaxud tövfiqlərin kəsilməsinə səbəb olur.
15.Qəlbimi öz eşqinin divanəsi etAllahı unutmağımıza səbəb olan amilləri özümüz yaradırıq. Mühasibə (nəfsi hesaba çəkmək) və müraqibə (davranışlara, rəftarlara, niyyətlərə nəzarət etmək) nəticəsində işdəki nöqsan aşar olur.