Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Hədislər..

Hədislər..

Hədislər..



1-İmam Əli (ə) buyurmuşdur: "Ən pis günah onu kiçik saymaqdır.”
2-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Xata və günahın kiçikliyinə deyil, kimin qarşısında etdiyinə bax!”
3-İmam Əli (ə) buyurmuşdur: "Əgər günahını böyük sayırsansa, demək Allahı əzəmətli tanıyırsan; günahını kiçik və əhəmiyyətsiz saydığın zaman, Allahı da kiçik bilmiş olursan.”
4-İmam Sadiq (ə) Müfəzzəl ibn Ömərə buyurdu: "Həqiqətən, təqva ilə olan az əməl, təqvasız olan çox əməldən daha yaxşıdır.”
5-İmam Əli (ə) Osman ibn Hənifə yazıb bildirdi: "...Sənə halal olması məlum olmayanları dilinə vurma!...”

6-İmam Baqir (ə) Əbu Bəsirə buyurdu: "Qarnı və daməni (cinsiyyət üzvünü) haramlardan qoruyub saxlamaqdan da üstün bir əməl varmı?!” Başqa bir hədisdə isə belə buyurmuşdur: "Allah-taalanın yanında qarnı və daməni (cinsiyyət üzvünü) haramlardan qoruyub saxlamaqdan da fəzilətli bir ibadət yoxdur
7-İmam Sadiq (ə) buyurmuşdur: "Təqva ilə birgə olmayan heç bir çalışmanın faydası yoxdur.”
8-İmam Baqir (ə) buyurmuşdur: "İbadətlərin ən çətini pərhizkarlıqdır.”
9-İmam Sadiq (ə) şiələrinin birinə belə məktub yazdı: "Əgər aqibətinin yaxşılıqla sona yetməsini istəyirsənsə, ən yaxşı əmələ məşğul olduğun halda, bu dünyadan üz döndər və böyük Allahın haqqını əda et! Məbada, Allahın nemətlərinə qarşı tüğyançılıq və əmri ilə müxalifət edəsən, Onun helm və səbrinə qürurlanasan!”
10-İmam Baqir (ə) buyurur: Əli (ə)-ın kitabında yazılmışdır ki, Peyğəmbəri-Əkrəm (s) buyurur: "Zina əməli çoxalan zaman qəfil ölümlər artar, tərəzidə əskik çəkilərsə, Allah onları qəhətlik və bahaçılığa düçar edər. Əgər zəkat verməkdən imtina etsələr yer öz bərəkitini, əkin, meyvə və mədənlərini çəkər. İlahi hökmlərdə ədalətsizlik etsələr zülmə və düşmənçiliyə kömək etmiş olarlar. Əgər əhd-peymanlarını pozsalar, Allah onlara öz düşmənlərini hakim edər. Qohumluq əlaqələrini kəssələr, mal-dövlətləri şər adamlara qismət olar. Yaxşılığa əmr edib pisliklərdən çəkindirməsələr və mənim Əhli-beytimdən olan şərəfli insanlara (imamlara) tabe olmasalar, Allah onlara ən pis adamı hakim edər. Belə bir zamanda o ümmətin yaxşı insanlarının duası da qəbul olunmaz.”

11-İmam Əli (ə) buyurmuşdur: "Bədgüman (sui-zənn) etməkdən uzaq olun; çünki (başqaları barəsində) bədgüman etmək ibadətin (müsbət) təsirini aradan aparır.”
12-İmam Sadiq (ə) buyurmuşdur: "Günah insanı Allahla ibadətdən, Onunla raz-niyaz və münacat etmək ləzzətindən saxlayır. İnsanda günahın təsiri iti bıçaqdan da sürətlidir.”
13-İmam Baqir (ə) buyurmuşdur: "Hər kəs Allaha itaət etsə (müti olsa), bizim dostumuzdur. Hər kəs Allaha asi (üsyankar) olsa, bizim düşmənimizdir.”
14-İmam Sadiq (ə) buyurmuşdur: " Günahkar şəxs öz günahına izhar etsə, ona ehtiram etmək vacib deyil və qeybəti caizdir.”
15-İmam Əli (ə) buyurmuşdur: " Göz yaşının quruması yalnız qəlbin qəsavət bağlaması səbəbi ilədir. Qəlblər də yalnız günahın çoxluğu ilə bərkiyib, qəsavət bağlayar.”

16-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Öz günahından tövbə edən şəxs, (ümumiyyətlə) günah etməyənlər kimidir.”
17-İmam Əli (ə) buyurmuşdur: "Sizlərdən hər kəs Allah yanında hansı məqamda olduğunu bilmək istəsə, baxıb görsün: günah edərkən Allahın məqamı onun nəzərində neçədirsə, onun da məqamı Allah yanında elədir.”
18-İmam Baqir (ə) buyurmuşdur: "Behişt camaat arasında fəsad törətmək üçün çalışan şəxsə haramdır.”
19-İmam Sadiq (ə) buyurur: "Atam dəfələrlə buyurardı: "Qəlb üçün günahdan da zərərli bir şey yoxdur; çünki qəlb günaha batıb, ona israr edir, bu da günahın qəlbə hakim olması və onu (əksinə) dəyişdirməsi ilə nəticələnir.”
20-İmam Əli (ə) buyurmuşdur: "Əfv edib bağışlamağın az olması ən qəbahətli eyb, intiqam almağa tələsmək isə günahların ən böyüyüdür.”

21-İmam Sadiq (ə) buyurmuşdur: "...Allah çoxlu günah edən bəndələrinin çoxlu tövbə etməsini sevir.”
22-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Asimana çatana qədər günah edib, sonra tövbə etsəniz də, Allah sizin tövbənizi qəbul edər.”
23-İmam Sadiq (ə) buyurmuşdur: "Bəzən insan bir günah edir, lakin Allah-taala həmin günaha görə onu behiştə aparır.” Ərz etdilər: Allah insanı günah etməsinə görə behiştə apararmı? Buyurdu: "Bəli, o, bir günah etdiyinə görə, həmişə o günahdan peşman olub özünü danlayır, Allah da onu bağışlayıb behiştə aparır.”
24-Allah-taala Davud (ə)-a buyurdu: "Ey Davud, günahkarlara sonsuz rəhmətimin hər şeyi əhatə etdiyini müjdə ver ki, Mənim rəhmətimdən məyus olmasınlar. Yaxşı əməl sahiblərini də qəzəbimlə qorxut ki, öz itaətlərilə qürur hissi keçirməsinlər. Çünki qürur, özündən razı olmağa səbəb olur ki, o da ən ağır günahdır.”

ALLAH hər kəsi qorusun....amin...








SENINEM от 28 iyul 2016 22:54
sagol canim xeber ucun bezilerini oxudum maraqlidi
--------------------
yoxduu
LoVe Fire от 28 iyul 2016 23:08
Bezilerin oxumuwdum oxumadiqlarimi oxudum...paylawdigincun sagol Allah razi olsun.
--------------------
ORXAN от 28 iyul 2016 23:30
cox gozel hedislerdi Allah razi olsun
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ