Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Həzrət Rza (ə)-dan Əmirəl-möminin (ə)-ın fəziləti barəsində qırx hədis

Həzrət Rza (ə)-dan Əmirəl-möminin (ə)-ın fəziləti barəsində qırx hədis

Həzrət Rza (ə)-dan Əmirəl-möminin (ə)-ın fəziləti barəsində qırx hədis

[center]1. Həzrət, Rəsulullah (s.ə.v.a) -dən rəvayət edib buyurur: "ya Əli, sən behişt və cəhənnəmi təqsim (ayıran) edənsən, behiştin qapısın döyüb və hesabsız behiştə daxil olacaqsan.”
2. Rəsulullah (s.ə.v.a) -dan rəvayət edib buyurdu: "mənim Əhli - beytimin misalı, Nuhun gəmisi kimidir, hər kim bu gəmiyə otursa nicat tapar, və hər kim oturmasa, atəşə atılar.”
3. Rəsulullah (s.ə.v.a) -dan rəvayət edib buyurdu:
"Allahın və onun Rəsulunun qəzəbi o şəxsin üzərinə olsun ki, mənim qanımı tökəcək, və mənə itrətim barəsində əziyyət verəcək.”
4. Rəsulullah (s.ə.v.a) -dan rəvayət edib buyurdu:
"Haqqın dəvətinə cavab verəcəyim vaxt çox yaxındır . Mən sizin aranızda iki qiymətli əmanət qoyuram, biri o birindən qiymətlidir; Allahın kitabı göydən yerə çəkilmiş bir ipdir, ikincisi isə Əhli - beytimdir. Görün məndən sonra onlarla rəftarınız necə olacaq?”
5. Rəsulullah (s.ə.v.a) -dən rəvayət edib buyurdu:
"Həsən və Hüseyn, behişt cavanlarının sərvəridir, və onların atası onlardan daha üstündür.”
6. Rəsulullah (s.ə.v.a) -dən rəvayət edib buyurdu:
"Vay olsun mənim Əhli - beytimə zülm edənlərə. Onları sabahkı gündə munafiqlər ilə, atəşin altında görürəm.”
7. Rəsulullah (s.ə.v.a) -dən rəvayət edib buyurdu:
Hər kimin ki, mövlası mənəm Əli də onun mövlasıdır. İlahi, onunla dost olanla dost, düşmən olanla düşmən ol. Ona kömək edən hər şəxsə kömək et, onu tərk edən hər bir şəxsi tərk et.
8. Rəsulullah (s.ə.v.a) -dən rəvayət edib buyurdu:
"Ya Əli, Allah Taala səni, sənin Əhli - beytini və sənin şiələrini, sənin şiələrinin dostlarını və onların da dostlarını bağışladı...”
9. Rəsulullah (s.ə.v.a) -dən rəvayət edib buyurdu:
"Ya Əli! Sən olmasaydın, məndən sonra möminlər tanınmazdılar.”
10. Rəsulullah (s.ə.v.a) -dən rəvayət edib buyurdu:
"Ya Əli! Üç şey sənə verilib ki, səndən qabaq heç kimə verilməyib. Həzrət Əmir dedi: Atam anam sənə fəda olsun onlar nədir? Buyurdu: Sənə mənim kimi qaynata, Fatimə kimi həyat yoldaşı və Həsən, Hüseyn kimi övladlar qismət edib.”
11. Rəsulullah (s.ə.v.a) -dən rəvayət edib buyurdu:
"Əlinin davamçıları qiyamətdə bağışlananlardır.”
12. Rəsulullah (s.ə.v.a) -dən rəvayət edib buyurdu:
Hər kim Allahın vasitəsi ilə əkilən yaqut budağına baxarsa, və ona çəng vurarsa xoşhal olar, insan gərək Əli və onun övladlarının seçilmişlərini (İmamət məqamına) sevə, bunlar Allah Taalanın tərəfindən seçilmişlər, və hər günah və xətadan uzaqdırlar.
13. Rəsulullah (s.ə.v.a) -dan rəvayət edib buyurdu:
"Hər kim mənim övladlarımdan birini, İmam tanımadan ölərsə, cahiliyyət dövründə ölmüş kimidir və hər şey ki, (pis iş) cahillikdə və islamda görmüşdür, ona giriftar olar.
14. Rəsulullah (s.ə.v.a) -dan rəvayət edib buyurdu:
"Hər kəs möhkəm bir dəstəkdən yapışmaq istəsə, Əli və Əhli - beytimdən yapışsın.”
15. Rəsulullah (s.ə.v.a) -dan rəvayət edib buyurdu:
"Mən və bu – Əli (ə.s) – qiyamət günü bu iki barmaq kimiyik; Həzrət iki barmağına işarə edib davam etdi: bizim davamçılarımız bizimlədir, və hər kəs bizə olunan zülm qarşısında susmasa bizimlədir.”
16. Rəsulullah (s.ə.v.a) -dan rəvayət edib buyurdu:
"Qabaqcıllar (İmamlar) Hüseyn (ə.s) -ın övladlarındandır, hər kim onlara itaət etsə, Allaha itaət etmiş kimidir, və hər kim onlara itaət etməsə Allah Taalaya qarşı günah etmiş kimidir.
Onlar ən möhkəm dayaq və Allaha yaxınlaşmaq üçün ən yaxşı vasitədirlər.”
17. Rəsulullah (s.ə.v.a) -dan rəvayət edib buyurdu:
"Mən və Əli bir nurdan yaranmışıq.”
18. Rəsulullah (s.ə.v.a) -dan rəvayət edib buyurdu:
"Ya Əli sən ən yüksək məqamlı insansan, və bunda kafirdən başqası şəkk etməz.”
19. Rəsulullah (s.ə.v.a) -dan rəvayət edib buyurdu:
"Hər kəs biz Əhli - beyti özünə dost tutsa, Allah onu qiyamət günü əmanətdar bir şəxs kimi məşhur edər.”
20. Rəsulullah (s.ə.v.a) -dan rəvayət edib buyurdu:
"Sən (Əli (ə.s) ) məndənsən və mən də səndənəm.”
21. Rəsulullah (s.ə.v.a) -dan rəvayət edib buyurdu:
"Ya Əli sən mənim boynumda olan borcları ödəyənsən. Sən mənim ümmətim üzərində olan canişinimsən .”
22. Rəsulullah (s.ə.v.a) -dan rəvayət edib ki, Peyğəmbər Həzrəti Əli (ə.s) -ın əlini tutarkən, buyurdu: Bu kişini sevməyib məni sevdiyini iddia edən kəs yalançıdır.
23. Rəsulullah (s.ə.v.a) -dan rəvayət edib ki, Əli (ə.s) -a buyurdu: Ənsardan əsli yəhudi olmayan heç bir şəxs səninlə düşmənçilik etməz.
24. Rəsulullah (s.ə.v.a) -dan rəvayət edib buyurdu:
"Bəndələrdən soruşulacaq birinci sual Əhli - beytə məhəbbətdir.”
25. Rəsulullah (s.ə.v.a) -dan rəvayət edib buyurdu:
"Əlini mömindən başqası sevməz və onunla kafirdən başqası düşmənçilik etməz.”
26. Rəsulullah (s.ə.v.a) -dan rəvayət edib ki, Əliyə buyurdu: Sənin dostun mənim dostumdur, və sənin düşmənin, mənim düşmənimdir.
27. Rəsulullah (s.ə.v.a) -dan rəvayət edib buyurdu:
"Mən elmin şəhəriyəm Əli isə onun qapısıdır.”
28. Rəsulullah (s.ə.v.a) -dan rəvayət edib buyurdu:
"Əlinin qapısından başqa məscidə girişi olan bütün qapıları bağlayın (məscidin ətrafında evlər var idi və bu evlərin qapısı məscidə açılırdı).”
29. Rəsulullah (s.ə.v.a) -dan rəvayət edib ki, Əliyə buyurdu: "Mən dünyadan getdiyim zaman sinələrdə sənə qarşı olan kinlər aşkar olar və sənə qarşı cəm olub, sənin haqqını qəsb edərlər.
30. Rəsulullah (s.ə.v.a) -dan rəvayət edib buyurdu:
"Əlinin əli mənim əlimdir.”
31. Rəsulullah (s.ə.v.a) -dan rəvayət edib ki, Əliyə buyurdu: "Mənim ümmətim tezliklə məndən sonra sənə qarşı hiyləgərlik edəcək, yaxşı və pis adamlar, bu işdən ardıcılı olacaqlar!”
32. Rəsulullah (s.ə.v.a) -dan rəvayət edib buyurdu:
"Hər kim Əliyə əziyyət versə, mənə əziyyət vermişdir, və hər kim mənə əziyyət versə, Allaha qarşı çıxmışdır.”
33. Rəsulullah (s.ə.v.a) -dan rəvayət edib buyurdu:
"Behiştin ortası mən və Əhli - beytim üçündür.”
34. Rəsulullah (s.ə.v.a) -dan rəvayət edib buyurdu:
"Elmin xəzinəsi mənəm, Əli isə onun açarıdır, xəzinəyə daxil olmaq istəyən kəs, açarın arxasınca getsin.”
35. Rəsulullah (s.ə.v.a) -dan rəvayət edib buyurdu:
"Ya Əli mən Allahdan istədiyim hər şeyi sənin üçün də istədim. Mən axırıncı Peyğəmbərəm və məndən sonra bir Peyğəmbər olmadığı kimi, səndən sonra da bir vəsi olmaz.”
36. Rəsulullah (s.ə.v.a) -dan rəvayət edib buyurdu:
"Ya Əli! İnsanlar müxtəlif ağaclardan yaranıblar, amma mən və sən bir ağacdan yaranmışıq, mən ağacın köküyəm, sən isə ağacın özüsən, Həsən və Hüseyn onun budaqlarıdır. Bizim şiələrimiz onun yarpaqlarıdır, hər kim bu agacın budağından yapışsa, Allah onu behiştə salar.”
37. Rəsulullah (s.ə.v.a) -dan rəvayət edib ki, Həzrət Əli (ə.s) -a xitab edib buyurdu: "Behişt səni Əmmarı, Salmanı, Əbuzəri və Miqdadı gözləyir.”
38. Rəsulullah (s.ə.v.a) -dan rəvayət edib ki, Əliyə buyurdu: "Sən İsaya bənzəyirsən, nəsranilər onu çox istəyirdilər və onun məhəbbətindən kafir oldular. Yəhudilər isə onunla düşmənlik edirdilər və onunla düşmənçilik də onların kafir olmasına səbəb oldu.
39. Rəsulullah (s.ə.v.a) -dan rəvayət edib buyurdu:
"Həsən və Hüseyn məndən və atasından sonra yer əhlinin ən xeyirliləridir, onların anası isə yer üzünün ən xeyirli qadınıdır.”
40. Rəsulullah (s.ə.v.a) -dan rəvayət edib buyurdu:
Ya Əli! Sən və iki övladın Allah tərəfindən seçilmişlərsiniz
[/center]








MeLeK от 24 sentyabr 2016 13:45
ALLAH RAZI OLSUN. ..TESEKKUR EDIREM PAYLASDIGIVIZ UCUN
--------------------
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ