Qurumuş ağacın yaşıllaşması
İmam Həsən (ə) Ömrə səfərinə gedirdi. Onun tərəfdarlarından biri, Zübeyrin övladlarından idi ki, onunla birgə səfər edirdi. Su saxlanılan bir məntəqədə istirahət üçün susuzluqdan qurumuş bir xurma ağacının altında əyləşdilər. Bir ağacın altında İmam Həsən(ə) üçün başqa bir ağacın altında isə İmamın şiəsi üçün yer düzəltdilər. İmam Həsənin(ə) şiəsi başını qaldırıb dedi: Əgər bu ağacın xurması olsaydı, yeyərdik. İmam Həsən (ə) ona buyurdu: Xurma istəyirsən?
Cavab verdi: Bəli!
İmam Həsən (ə) əlini göyə qaldırıb dua etdi. Nə dediyini başa düşə bilmədim. Duadan sonra ağac yam-yaşıl oldu. Yarpaq və xurma gətirdi. Ağaca çıxıb bütün xurmaları dərdilər. Xurma onlar üçün kifayət etdi.
Mənbə: "On dörd məsumdan möcüzələr" kitabı