Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Allaha yaxınlaşmaq üçün əməli vasitələr

Allaha yaxınlaşmaq üçün əməli vasitələr

Allaha yaxınlaşmaq üçün əməli vasitələr


Bəndənin Allah Təalaya diqqət etməsi əslində Allahın həmin bəndəsinə diqqət etməsindən başlayar.


Evvəl Allah bu bəndəsinə Ona diqqət etmək inayəti əta edər. Ondan sonra bəndə Allaha diqqət etməyə meyl edər.

Allah Təala hər bir insanın fitrətində həqiqəti axtarmaq meyli, kamal və saədətə çatmaq istəyi, özünü tanımaq üçün can atmaq hissi qoymuşdur. Bundan başqa, Allah Təala peyğəmbərlərini (ə) göndərərək, bu hədəfə çatmaq üçün onları doğru yola hidayət etmişdr.
"Ey Peyğəmbər, həqiqətən, Biz səni (dünyada ümmətin əməllərinə şahid olub və axirətdə şəhadət vermək üçün) bir şahid və müjdəçi və qorxudan (kimi) göndərdik. Və həmçinin Allahın (yaradılış) izni (və nəsib etdiyi uğurları) ilə Ona tərəf dəvət edən və aydın və nur saçan bir çıraq (olaraq göndərdik)". ("Əhzab" 45-46).
Bəs insan nə etməlidir ki, Allaha yaxınlaşsın? Nələrdən çəkinməlidir? Hansı amillər onu Allaha yaxınlaşmağa yardım edər?
1. Günah və nəfsani istəklərindən çəkinməlidir. İnsanın ilk qorxmalı olduğu şey - əmmarə nəfsidir. Bu nəfs onu yersiz istəklərə və günaha tərəf sövq edər. Günah və şeytani istəklər insanın İlahi ruhunu tar-mar edər. İnsanı hətta vəhşi heyvana çevirər. Allah Quranda buyurur: "Doğrudan da Biz cin və insanların çoxunu (sanki) cəhənnəm üçün yaratmışıq. Çünki onların qəlbləri var, amma onunla (həqiqətləri) dərk etmirlər, onların gözləri var, lakin onunla (ibrət üçün) baxmırlar və onların qulaqları var, amma onunla (haqq maarifi) eşitmirlər. Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar (çünki onlar inkişaf və təkamül istedadına malik olduqları halda, batil və puç yola gedirlər) və onlar həmin qafillərdirlər". ("Əraf" 179).
2. Pis dostdan çəkinmək lazımdır. İnsanın bədbəxtliyə tərəf çəkən amillərdən biri də pis dostdur. Hər bir insanın yaxşı və pis rəftarı onun dostuna təsir qoyar. Ona görə də Allaha yaxın olmaq istəyən hər bir insan pis dostdan çəkinməli və onunla rabitəsini kəsməlidir. "Vay olsun mənə! Kaş (mənim azmağıma səbəb olan) filankəsi (özümə) dost tutmayaydım". ("Furqan" 28).

Bəs Allaha necə yaxınlaşaq?
1. Allah haqqında təfəkkür etmək. Əgər insan düzgün təfəkkür etməyi öyrənərsə, özünü və Allahı tanıyar. Dünyaya olan baxışını düzəldər və aləmin malikinin kim olduğunu dərk edər. İmam Əli (ə) təfəkkürün əhəmiyyəti barəsində buyurur: "Təfəkkürlə qəlbinizi ayıldın və gecə böyrünüzü yataqdan uzaq saxlayın. Pərvərdigarınızdan çəkinin".
2. Salehlərlə əyləşib-durmaq. Quran məntiqinə və hədislərimizə əsasən, Həzrət Peyğəmbər (s) və məsum İmamların (ə) həyat tərzi - ən yaxşı nicat yolu və Allaha yaxınlaşmaq vasitəsidir. "Ey iman gətirənlər, Allahdan qorxun və doğruçularla birgə olun (ki, onların ən bariz nümunəsi Peyğəmbərin məsum Əhli-Beytidir)". ("Tövbə" 119).
Quranın gözəl kəlamlarından biri də budur ki, Allah insandan soruşur: "Belə isə, hara gedirsiniz?!". ("Təkvir" 26).
Necə də yaxşı olardı ki, insan Quranın bu sualı qarşısında cavab verərdi: "Allaha tərəf gedirəm!".








BANDITKA от 3 iyul 2016 13:02
tewekkurler xebere gore
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ