Duanın qəbul olma vaxtları haqqında rəvayət olunmuş bəzi hadisələr.
1.Səcdə vəziyyətində,edilən dua.
Abu Hureyradan(radıyallahu anh) rəvayət olunan hədisdə Peyğəmbər(sallahu aleyhi va səlləm) belə buyurur:
"Qulun Rəbbinə ən yaxın olduğu vaxt,səcdədə olduğu andır.(Ona görə də) duanı çoxaldın." Muslim və Əbu Dəvud
2.Azan və iqamə arasında edilən dua
Ənəs ibn Məlikdən(radıyallahu anh) rəvayət olunan hədisdə Peyğəmbər(sallahu aleyhi va səlləm) belə buyurmuşdur:
"Azan və iqamə arasında edilən dua geri qaytarılmır.Ona görə də dua edin" Abu Dəvud,Albani səhih hesab etmişdir.
3.Gecənin axırıncı üçdə birində edilən dua
Abu Hureyrədən (radıyallahu anh) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) demişdir:
"Rəbbimiz hər gecə dünya səmasına enər və gecənin axırıncı üçdə biri olduğu vaxt deyər: Mənə dua edən bir kimsə varmı onun duasını qəbul edəm?! Məndən istəyən bir kimsə varmı onun dilədiyini verəm?! Məndən bağışlanma diləyən bir kimsə varmı onu bağışlayam?! " Buxari və Muslim
4.Cümə günü edilən dua
Abu Hureyrədən (radıyallahu anh) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) demişdir:
"Cümə günündə elə bir an vardır ki, hər bir müsəlman o ana müvafiq olaraq Allahdan xeyir istəyərsə, Allah-təala onun istəyini verər. Həmin an az bir andır." Buxari və Muslim
5. Qədr gecəsi edilən dua
Aişənin (radıyallahu anhə) belə dediyi rəvayət olunmuşdur:
"Dedim, ey Allahın Rəsulu, Qədr gecəsinin hansı gecənin olduğunu bilsəm, nə deyim? Dedi: "De ki, Allahım, həqiqətən, Sən bağışlayansan və bağışlamağı sevirsən. Məni bağışla. " Tirmizi, Albani səhih hesab etmişdir.
Şeyx Abdullah əl-Bassam (rahiməhullah) demişdir: "Möminlərin anası (radıyallahu anhə) o gecədə ən üstün duanı deməyə həris olduğundan və həqiqətən də, o gecədə duanın eşidildiyini bildiyi üçün Peyğəmbərdən (sallallahu aleyhi va əlihi va səlləm) ona əgər Qədr gecəsinin nə vaxt olduğunu bilərsə, ən üstün olan duanı öyrətməsini tələb edir və Peyğəmbər də (sallallahu aleyhi va əlihi va səlləm) ona deyəcəyi ən gözəl və ən üstün duanı xəbər verir." "Təuhidu-l-əhkəm"
6.Oruclu olarkən edilən dua
Ənəsdən (radıyallahu anh) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) demişdir:
"Üç dua vardır ki, geri qaytarılmır: Atanın, oruclunun və müsafirin duası." əl-Beyhəqi,Albani səhih hesab etmişdir
7. Zəm-zəm suyunu içərkən edilən dua
Cabirdən (radıyallahu anh) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
"Zəm-zəm suyunu içərkən edilən dua qəbuldur."
Əhməd,Albani səhih hesab etmişdir.
8.Yağış yağarkən edilən dua
Səhl ibn Saddan (radıyallahu anh) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
"İki dua vardır ki, geri qaytarılmaz: Azan verilərkən və yağış yağarkən." Əbu Dəvud, Albani həsən hesab etmişdir.
9. Valideynin övladına etdiyi bəd-dua
Abu Hureyrədən (radıyallahu anh) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
"Üç dua vardır ki, qəbuldur. Onların qəbul olmasına heç bir şübhə yoxdur: Məzlumun duası, müsafirin duası və valideynin" Əbu Dəvud, Albani səhih hesab etmişdir.
10. Valideynin övladına etdiyi dua
Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
"Üç dua vardır ki, geri qaytarılmır: Valideynin övladına etdiyi dua, oruclunun və müsafirin duası"
Allahdan istəyirik ki, Allah hər birimizi dua etməyə müvəffəq etsin, dualarımızı qəbul etsin,və bizi daima sevdiklərimizlə birlikdə etsin!!!