Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Orucun hökmləri

Orucun hökmləri

Orucun hökmləri


Yemək və içmək

1. Yemək-içmək:

a) Qəsdən – Əgər oruc tutan qəsdən bir şey yesə, yaxud içsə, orucu batildir: onun yeyib-içdiyi şey istər çörək və su kimi işlənən olsun, istərsə də torpaq və ağac şirəsi kimi işlənməyən olsun; istər az olsun, istər çox olsun; hətta misvakı (diş fırçası üçün istifadə edilən çubuq) ağızdan çıxarıb ikinci dəfə ağıza aparsa və rütubətini udsa, orucu batildir. Bir halda ki, misvakın rütubəti ağız suyunda elə şəkildə aradan getsin ki, ona çıxan rütubət deyilməsin.

b) Səhvən – Əgər oruc tutan səhvən bir şey yesə, yaxud içsə, orucu batil olmur.

Yemək və içmək hökmündə olan və orucu batil edən şeylər

1. Dişlərin arasında qalan şeyi qəsdən udmaq;

2. Ağız boşluğuna daxil olduğu halda baş və sinənin qarışığını (bəlğəmi) udmaq (vacib ehtiyata əsasən);.

3. Qida əvəzi istifadə olunan ampuldan istifadə etmək (vacib ehtiyata əsasən).

(Qeyd: Seyid Sistani qeyd edir ki, ampul (iynə) və sirom (sistem) orucu batil etmir. Həmçinin astma üçün spreydən istifadə etmək, yəni dərmanı təkcə ağ ciyərə sirayət etdirsə, orucu batil olmaz. Gözə, qulağa dərman tökmək, dadı boğaza çatsa belə, orucu batil etmir. Buruna tökülən dərman boğaza çatmasa, o da orucu batil etməz).İki halda oruc tutan şəxs orucunu poza bilər:

1. Əgər öləcəyindən qorxacaq həddə susuz olsa, ölümdən qurtulacaq miqdarda su içə bilər, ancaq onun orucu batil olacaqdır. Əgər Ramazan ayı olsa, gərək həmin günün qalanını orucu batil edən şeylərdən özünü saxlasın.

2. İnsan zəifliyə görə orucunu yeyə bilməz. Ancaq əgər onun zəifliyi adətən dözə bilməyəcəyi bir həddədirsə, orucunu yeyə bilər.Adətən boğaza yetişməsinə səbəb olmayan uşaq və ya quş üçün yeməyi çeynəmək, yeməyin dadına baxmaq və bunun kimi bir sıra şeylər, hətta birdən boğaza çatsa belə, orucu batil etmir. Ancaq əgər insan əvvəlcədən boğazına çatacağını bilsə və nəticədə boğazına çatsa, orucu batildir. Bundan əlavə, onun qəzasını tutmaq, həmçinin kəffarə də ona vacib olur.








Nur
Nur от 17 iyun 2016 22:53
Coxun bilmirdim gunde biri bir sey cixarir gah dirler cimek olmaz basi butov suyun altina salamaq olmaz amma dunen dirdi televizorda ki basa kraska qoymaq olar mence duz deyil olmaz

Coxun bilmirdim gunde biri bir sey cixarir gah dirler cimek olmaz basi butov suyun altina salamaq olmaz amma dunen dirdi televizorda ki basa kraska qoymaq olar mence duz deyil olmaz
Delibal от 18 iyun 2016 13:11
Allah razı olsun
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ