Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Oruc, İslamdan əvvəl

Oruc, İslamdan əvvəl

Oruc, İslamdan əvvəl


Keçmiş ayədə qeyd edilmişdi ki: "Sizdən əvvəlkilərə vacib olduğu kimi sizə də oruc vacib olunmuşdur." Məlum olur ki, bu "vaciblik" bir dəfə olub. Bu ibadətin çətinliyi təkcə müsəlmanlara yox, bəlkə də keçmişdəkilərə də aid olub. Ayədə, müsəlman ümmətinin orucunun keçmiş ümmətlərin orucuna bənzətməsi ədəd cəhətdəndir yaxud, başqa cəhətdən? Demək olar ki, təkcə bu ibadətin "vacibliyi" cəhətdən bənzətmişdir. Yəni, əvvəlkilərə vacib olduğu kimi sizlərə də müəyyən günlərdə vacib olur. Amma, bənzətmənin ədəd, zaman və vaxt cəhətdən də olması ehtimalı da vardır.

Tövratda oruc

Tövratda belə yazılıb: "Mən, Allahla sizin aranızda olan əhd lövhələrini almaqdan ötrü dağa çıxdıqda, qırx gün, qırx gecə orada qaldım. Nə çörək yedim, nə də su içdim!”(Tövrat, İkinci Sefr, 9-cu bab, ‹9 )

İncildə oruc

İncildə oxuyuruq: "İsa Ruhun əli ilə İblisin onu imtahan etməsindən ötrü biyabana aparıldığı zaman qırx gecə-gündüz oruc olduğuna görə ac qaldı.”(İncil Məta, bab:4 ‹1-2 )

İsa (ə)-dan sonra həvarilərin orucu

"Beləliklə, ona dedilər: Nəyə görə Yəhyanın şagirdləri çox oruc tutub, namaz qılırlar? Həmçinin, Fərisiyanların da şagirdləri o cür edirlər. Lakin, sənin şagirdlərin yeyib-içirlər? Bəlkə də, elə gün gələcək ki, onlardan bu fürsət alınar və o günlər oruc olarlar.”(İncil Luqa, bab:5, ‹33-35 )
Yuxarıdakı cümlələr, İncil və Tövratın cümlələri kimi nəql olunmuşdur. Biz o qədər anlayırıq ki, onlar da oruc tuturlarmış. Hər iki kitabda qırx ədədi zikr olunub. Lakin, orucların hansı keyfiyyətdə olmaqını bilmirik







Redaktə etdi: Milana - 09.06.2016 11:15:00








ORXAN от 9 iyun 2016 13:50
Allah bütün tutulan oruclari edilen ibadetleri qebul elesin inşallah amin Ya Rəbb
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ