Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
ALLAH VE MELEKLER

ALLAH VE MELEKLER

ALLAH VE MELEKLER
Allah Elçisi - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Allahın yollarda dolaşıb Allahı yad edən insanları axtaran mələkləri vardır. Onlar Allahı yad edən bir camaat gördükləri zaman bir-birlərini çağırıb: “Axtardığınızın yanına gəlin!”- deyirlər. Sonra onlar bu camaatı öz qanadları ilə dünya səmasınadək əhatəyə alırlar. Elə həmin vaxt Rəbbi mələklərdən - hər şeyi onlardan daha yaxşı bildiyi halda - soruşur: “Qullarım nə deyirlər?”

Kostenlos Bilder und Fotos hochladen

Mələklər: “Onlar Sənin şəninə təriflər deyir, Səni uca tutur, Səni həmd-səna ilə təqdis edir və Səni tərifləyirlər”- deyə cavab verirlər.

Allah soruşur: “Məgər onlar Məni görüblərmi?”

Mələklər deyirlər: “Xeyr, vallahi ki, onlar Səni görməyiblər!”

Allah soruşur: “Bəs Məni görsəydilər, necə olardı?”

Mələklər deyirlər: “Əgər onlar Səni görsəydilər, bundan da çox Sənə ibadət edər, Səni tərifləyər, Səni həmd-səna ilə təqdis edər və Sənin şənini uca tutardılar”.

Allah soruşur: “Onlar Məndən nə istəyirlər?”

Mələklər deyirlər: “Onlar Səndən Cənnəti istəyirlər”.

Allah soruşur: “Məgər onlar Cənnəti görüblərmi?”

Mələklər deyirlər: “Xeyr, ya Rəbb! Vallahi ki, onlar Cənnəti görməyiblər”.

Allah soruşur: “Bəs onu görsəydilər, necə olardı?”

Mələklər deyirlər: “Əgər onu görsəydilər, daha əzmlə ona can atar, daha inadla onu diləyər və daha çox rəğbətlə onu arzulayardılar”.

Allah soruşur: “Onlar Mənə nədən sığınırlar?”

Mələklər : “Cəhənnəm odundan”- deyirlər.

Allah soruşur: “Məgər onlar Cəhənnəmi görüblərmi?”

Mələklər deyirlər: “Xeyr, ya Rəbb! Vallahi ki, onlar Cəhən­nəmi görməyiblər”.

Allah soruşur: “Bəs onu görsəydilər necə olardı?”

Mələklər deyirlər: “Əgər onu görsəydilər, ondan daha uzağa qaçmağa çalışar və ondan daha çox çəkinərdilər!”

Allah buyurur: “Şahid olun ki, Mən onları bağışladım!” Bu vaxt mələklərdən biri deyir: “Bu camaatın arasında olan filankəs onlarla yoldaşlıq edənlərdən deyildir, sadəcə olaraq öz ehtiyacı üzündən ora gəlmişdir”. Onda Allah buyurur: “Bunlar elə insanlardır ki, onlarla oturub-duran adam bədbəxt olmaz”. (əl-Buxari, 5929)








BANDITKA от 3 iyun 2016 16:53
Allah razi olsun xeber ucun tewekkurler
MeLeK от 24 sentyabr 2016 13:35
ALLAH RAZI OLSUN. ..TESEKKUR EDIREM PAYLASDIGIVIZ UCUN
--------------------
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ