Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Övladınızı şiddətlə sevin ki, Allahın böyük rəhmətinə layiq olasınız

Övladınızı şiddətlə sevin ki, Allahın böyük rəhmətinə layiq olasınız

İmam Sadiq (ə) buyurur: "Allah övladlarına şiddətli dərəcədə əlaqəsi olan ata və anaya rəhm edər. Mələklər deyərlər: "Allahım! Nə xəbərdir? Ona niyə bu qədər lütf edirsiniz?". Buyurar: "Övladlarına olan şiddətli məhəbbətinə görə"". (Erfan)

Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, uşağını öpər, Allah kərəmi katibinə əmr edər ki, onun kitabına həsənə yazsın". Başqa yerdə buyurur: "Hər ata və ana ki, oğlanlarının və qızlarının çətinliyini həll edər, Allah Qiyamət günü o ata və ananın çətinliyini həll edər".

Ata və ananın problemi nədir? Ola bilsin ki, ata və ananı cəhənnəmə məhkum etsinlər, Allah mələklərə deyər: "Bu ata və ana - o vaideynlərdən olublar ki, övladlarının çətinliklərini həll ediblər. İndi özlərinin çətinliyi vardır və Mən onu həll edəcəyəm".

Bir nəfər Həzrət Peyğəmbərin (s) xidmətinə gəlir və deyir: "Ağacan, indiyə qədər uşaqlarımı öpməmişəm, indi isə böyüyüblər". Həmin kişi məsciddən çıxandan sonra Peyğəmbər (s) üzünü insanlara tutub, buyurur: "İndi yanıma gələn bu kişi mənə dedi ki, indiyə qədər uşaqlarını öpməmişdir və o, mənim fətvama görə Qiyamət günü cəhənnəm əhlidir".

Bəli, övlad - şirin nemətdir, onu öpməyin də nə qədər əhəmiyyəti vardır. Övladını öpməməyə görə hətta cəhənnəmə belə düşmək olar. Ancaq övladın tərbiyəsi də çox mühüm bir məsələdir. Ana və ata əziyyətlə övlad böyüdürlər və onun saleh övlad olması üçün əllərindən gələni edirlər. Çalışırlar ki, övladları namaz qılan, oruc tutan, halal və harama riayət edən olsun. Axı saleh övlad behişt güllərindən biridir.

Həzrət Peyğəmbər (s) buyurur: "Allah səadət qapısını saleh övladla üzünüzə açar". Başqa yerdə buyurur: "Allahın mömin bəndəsinə verdiyi miras - saleh övladdır ki, ata və anasının ölümündən sonra Allahın yolunu davam etdirər".

Peyğəmbəri Əkrəm (s) yenə buyurur: "Allah o kəsə ki, qız övladı verər, ata gərək onun ədəbli olması üçün zəminə yaratsın, yaxşı tərbiyə etsin, savad versin və ona yaxşı elm öyrətsin".

Bəzi cahil valideynlər oğlan övladlarına həmişə gözəl paltar alar və hətta cib xərcliyi də verərlər. Ancaq qız övladı bir şey istəyəndə atası deyər: "Qızım olmağım guya xoşima gəlir ki, hələ bir sənə nə isə alım da". Qız övladları ilə oğlanlar arasında fərq qoyarlar. Ancaq bu cür valideynlər Həzrət Peyğəmbərə (s), İmam Əliyə (ə), İmam Həsən (ə) və İmam Hüseynə (ə) nəzər salmırlar ki, onlar qızlarına necə ata olublar.

Həzrət Peyğəmbər (s) buyurur: "Qızlarınızı narahat etməyin, əgər qız övladınıza bu yaxşılığı etsəniz, Allah da Qiyamət günü sizi cəhənnəmə aparmaz".

O zaman ki, Həzrət Peyğəmbər (s) Zəhranın (s.ə) evinə gedərdi, qapını döyərdi və Fatimə də (s.ə) qapını açardı, Peyğəmbər (s) əyilər və onun əlini öpərdi. O zaman ki, Fatimə (s.ə) atasının evinə gedərdi, otağa daxil olub, oturana qədər Peyğəmbər (s) ayaq üstə dayanar və deyərdi: "Mənim Fatiməm! Atan sənə fəda olsun!".

Övladlarınızla yaxşı rəftar edin. Bazardan meyvə, şokolad alın və uşaqlarınızın arasında bərabər bölün. Ancaq əgər uşaqlarınıza desəniz ki, oturun, növbə ilə verəcəyəm, onda ilk növbədə qız övladlarınıza verin. Çünki onların qəlbi daha zərifdir.

Həzrət Peyğəmbər (s) buyurur: "Allah o kəsə ki, qız övladı verər, gərək ona əziyyət verməsin, onu təhqir etməsin. Oğlunu ondan üstün hesab etməsin. Oğluna hədiyyəni daha çox verməsin. Oğlu ilə qızı arasında fərq qoymasın. Allah onun qızı ilə bu rəftarına görə Qiyamət günü onu behiştə daxil edər".

İmam Səccad (ə) buyurur: "Müsəlman kişinin səadəti üç şeydədir: iş yeri öz şəhərində olsun ki, arvad-uşağının yanında olsun. Dostları yaxşı insanlar olsunlar. Yaxşı övlad sahibi olsun ki, atasına yardım etsinlər".

Saleh övlad həmişə valideynin iftixarıdır. Allah dərgahında isə daima valideynə savab qazandıran bir nemətdir. Allah bizlərə ancaq saleh övladlar qismət etsin.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ