Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Göz suyu niyə şordur?

Göz suyu niyə şordur?

İbni Əbi Leyli nəql edir: "Bir gün Nəman Kufi ilə birlikdə İmam Sadiqin (ə) xidmətinə getmişdik.

Həzrət (ə) mənə buyurdu: "Bu şəxs kimdir?".

Dedim: "Kufə əhlindən olan Nəman adlı bir şəxsdir. Rəy sahibi və kəlam nəfsinə malikdir".

Həzrət (ə) buyurdu: "Həmin o kəsdir ki, öz rəy və nəzəriyyəsi ilə əşyaları bir-biri ilə müqayisə edir?".

Dedim: "Bəli".

Buyurdu: "Ey Nəman! Başını bədəninin başqa üzvləri ilə müqayisə edə bilərsənmi?".

Nəman dedi: "Xeyr".

Həzrət (ə) buyurdu: "Yaxşı iş görmürsən. Bəs əvvəli küfr və axırı iman olan sözü tanıyırsanmı?".

Dedi: "Xeyr".

Buyurdu: "Göz suyunun şorluğu, qulaq mayesinin acılığı, hulqumun rütubəti, ağız suyunun dadsız olması barəsində elmin vardırmı?".

Dedi: "Xeyr".

Mən İmamdan (ə) xahiş etdim ki, özü bu deyilənlərin cavabını bizə ərz etsin ki, onlardan faydalana bilək.

İmam (ə) buyurdu: "Allah Təala insan gözünü piydən və yağdan yaratmışdır. Ona görə də o şor maye onda olmasaydı, piy tez xarab olardı. Onun başqa xasiyyəti budur ki, əgər gözə bir şey düşərsə, göz mayesinin şorluğu onu məhv edər. Gözə ziyan vura bilməz.

Allah qulaqda acılıq qərar vermişdir ki, həşəratların insan beyninə daxil olmasına mane olsun.

Ağız suyunun dadsız olması əşyaların dadını başa düşməyə yardım edər.

Hulqumun rütubəti vasitəsilə başda və sinədə olan bəlğəm xaric olar.

Ancaq o kəlmə ki, əvvəli küfr və axırı imandır - "Lə iləhə illəllah" cümləsidir. Əvvəli "Lə iləhə " - yəni heç bir Allah və xaliq mövcud deyildir. Axırı "illəllah", yəni yalnız tək olan Allahdan başqa"".








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ