QOÇ Tərk edilən Qoç ən qısa müddət içində özünə başqasını tapacaq. Bu sizi üzməsin. Onun quruluşu belədir. Əgər əlaqəni siz bitirsəniz Qoç dərhal ən şirin rəftarını geyinəcək. Məqsədi sizi yenidən əldə edib edə bilməyəcəyini görməkdir. Qoç ovlanmağı sevər. Kor əlaqə bitdiyində yeni bir zəfərə doğru yola çıxar. Onun yeni birini tapmaqda tələsikçi davrandığını düşünüb əslində sizi sevməmiş olduğunu sənə bilərsiniz. Amma bu səhvdir. Sizi sevmişdir. Ancaq Qoç üçün bir əlaqə bitincə bitər.
BUĞA Əsla imtina etməz. Sevdiyi kəsləri öz malı kimi düşünər. Əgər tərk edən sizsinizsə, bütün ünsiyyət bağlarını qopardığınıza əmin olar və əsla yenidən birləşmə ümidi verməyin. Ayrılıq sonrası dost qala bilməyəcəyiniz bir bürcdür. Buğalar ikinci bir şans ümidiylə illərcə gözləyə bilər. Səbirlidirlər və arzulaydıqları şeylərə bağlılıqları çox dərindir. Köhnə sevgiliniz hələ sizə aşiqsə başqa kimsəylə çıxmayacaq. Buna görə ya qəti ayrıldığınızı anlamasını təmin edin ya da sizinlə əlaqədar planlarından imtina etməyən Buğaya dözün.
ƏKİZLƏR Tərk edilən Əkizlər həyatına davam edər amma sizinlə əlaqədar duyğularında zaman zaman qabarma-çəkilmələr yaşar. Sizə dost qalmağı təklif edib sonra soyuq belə davrana bilər. Ona dəyər vermədiyinizi hiss etsə haqqınızda kiçik bir dedi-qodu başlada bilər. Qəti olan budur ki, hər kəs ayrıldığınızı eşidəcək. Bunu ilk izah edən o olacaq. Əkizlər ayrıldıqdan sonra özünü ən sürətli yığışdıran bürcdür. Eşqdə hava olduğu üçün ən qısa müddət içində yeni birini tapacaq.
XƏRÇƏNG BAx bu fəlakət deməkdir. Əgər Xərçəng həqiqətən sevdisə vəziyyəti qəbul etməz. Göz yaşları sel olub axarkən otağında oturub şəkilinizə baxar, məktublarınızı yenidən oxucu. Falçılara gedib yenidən bir araya gəlib gələ bilməyəcəyinizi öyrənməyə qalxar. Xarici görünüşü sakit və soyuqqanlı olsa belə içdən yıxılmışdır. Bir ay sonra vəziyyəti qəbul edər. Tərk edilən bir Xərçəngin nə qədər müddətlə acı çəkəcəyi müəyyən olmaz. Bəzisi bir ay davam edər. Bəzisi içinsə bir ay sonrakı ruh əkizinə rast gəlincə bitər.
ŞİR Bir müddət qaşqabağını tökər amma bir neçə həftə sonra yeni birini axtarışa çıxar. Duyğularını açıqca ortaya sərdiyi üçün bir az acı çəkər. Amma diqqətini çəkən başqa birini tapdığında hər şey dəyişər. Başı buludlarda gəzməyə başlar və varlığınızı unudar. Tərk edilən Şir, acı çəkirmiş kimi davranmaz. Kimsə, onun pis vəziyyətdə olduğunu düşünməməlidir. Güclü bir eqosu və qorunması lazım olan bir imici vardır. Möhtərəmliyini qorumaq və ətrafında buraxdığı təəssürat əhəmiyyətlidir. Buna görə tərk edənin özü olduğunu belə söyləyə bilər.
QIZ Tərk edilən Qız əlaqədə nəyin səhv getdiyini hərtərəfli analiz edəcək. Ayrılıq ona özünü pis hiss etdirər amma soyuqqanlı davranar. Obyektivdir. Əlaqənin niyə getmədiyinə dair məntiqli səbəblər tapacaq, sizin qüsurlarınızı ortaya tökəcək və şəxsiyyətinizi dedik dedik edəcək. Bu ona özünü yaxşı hiss etdirər. Cinayət/günahın sizdə olduğuna özünü razı salar.
TƏRƏZİ Tərk edilən Tərəzi təxminən bir həftə boyunca ağlar və qaşqabağını tökər. Sonra bazara çıxdığını hər kəsə xəbər verər. Bir əlaqə bitdiyində yeni birini tapması uzun çəkməz. Tək qalmaqdan nifrət edər. Qaldı ki böyük ehtimalla hazırda gözləyən bir potensial sevimli vardır. Tərk edilən Tərəzi üçün narahat olamyın. Hər səfərində dörd ayaq üstünə düşər.
ƏQRƏB Əgər ondan xilas olmaq istəyirsinizsə ayrılmağa özünün qərar verdiyini düşünməsini təmin edin. Əlaqədən yavaş-yavaş uzaqlaşın. Əgər yaralansa intiqam almağı seçə bilər. Hamısı bu şəkildə davranmaz. Amma mütləq ağıllarından keçər. Əgər sizi geri qazanmaq istəsə heç bir şey buna maneə ola bilməz. Hər növ taktikanı tətbiq etməkdən çəkinməz. Ayrılacaqsınızsa, bunu istədiyinizə əmin olmalısınız. Çünki Əqrəb bir dəfə ürəyini bağladımı bir daha girmənizə icazə verməz, qapını sonsuza qədər möhürləyər.
OXATAN Tərk edilən Oxatan qısa müddət içində yeni birini tapacaq. "olan olduqdan sonra ağlamanın faydası yox" deyə düşünər. Optimistdir. Kainatın çox yaxında ona yeni birini göndərəcəyini bilər ya da eşqbazlıq etməkdə olduğu biriylə çıxmağa başlar. Onun həyatında, keçmişdən qalan və özünə ikinci bir fürsət verilməsini gözləyən biri daim vardır. Öz istəmədikcə uzun müddət tək qalmaz.
OĞLAQ Hər şey yolundaymış kimi davranacaq. Sakit görünüşünün altında çox kədərlənəcək amma romantik yanını sizə göstərməyəcək. Eşq mövzusunda tədbirlidir. Buna görə dərhal yeni bir əlaqəyə girməsini gözləməyin. Ürəyini təmir etməsi zaman alar. Ayrılığa məntiq baxımından baxacaq. Amma tək başına olarkən bir neçə damla gözyaşı tökə bilər.
DOLÇA Ətrafında əhvalını yüksəldəcək bir çox yoldaşı vardır. Onun həftələrcə kədərlənməsini gözləməyin. Duyğularını düşüncəliləşdirər, sözə tökər. Sizinlə ən başından dərin romantik əlaqəyə girmədiyi üçün haqlı olduğunu düşünər. Yeni bir sevimli sevgili tapmağın da zamanı gələcəkdir amma indi dostlarıyla birlikdə olmağın dadını çıxarma zamanıdır.
BALIQ Həftələrcə ağlayacaq. Ona vidalaşdıqdan sonra qaçaraq oradan qaçın. Balıq nə səhv etdiyini və niyə əlaqənizi sona çatdırdığınızı soruşacaq. Detalları öyrənmək istər. Məktub yazacaq və sizi təkrar qazanmaq üçün araya dostlarını salacaq. Ona belə bir ehtimalın olmadığını qəti olaraq deyin. Əks halda arxanızdan ayrılmaz. Bu romantik pəri nağılının bitdiyini qavrayınca bir başqa nağıla yönələcək. Gizlidən gizliyə bu oyundan xoşlanar. Balıq romantik serialları sevər.