Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Günün qoroskopu: əsla tələsməyin

Günün qoroskopu: əsla tələsməyin

Günün qoroskopu: əsla tələsməyin


Qoç - diqqətinizi əsas işdən yayındırmayın, dəyişən şəraitin və situasiyanın nüanslarının hamısını nəzərə alın. İşinizi diqqətlə görün, tələsməyin. Rəqiblərinizdən və ya bədxahlarınızdan biri səylərinizin nəticəsindən sui-istifadə etməyə çalışa bilər. Hadisələrin məcrasını, kontekstini qulaqardına vurmayın.

Buğa - planlardakı dəyişiklikləri və kənardan təsirləri sakit qəbul edin. Dəyişikliklər günüdür. Başqa işin xətrinə bir işdən imtina etmək mümkündür. Əvvəllər bacarmadığınız işləri indi uğurla bitirə bilərsiniz. Cari işlərlə məşğul olun. Həmkarlarla tərəfdaşların unutqanlığı və intizamsılığı bəlli problemlər yarada bilər.

Əkizlər - maddi perspektivlərinizi dəyrələndirin. Xeyir verməyən, amma qüvvə və vaxtınızı alan işlərdən imtina edin. Borcunuzu qaytarsalar və ya böyük məbləğdə ödəniş alsanız, pulları xərcləməyə tələsməyin. Yaxın günlərdəki perspektivlərinizin təməli indi qoyulur. Planlaşdırdığınızdan fərqli olaraq, tam başqa istiqamətə və ya layihəyə sərmayə yatırmağa tələsməyin.

Xərçəng - istənilən ballast, asılılıq, köhnəlmiş hisslər və aktuallığını itirmiş münasibətlərdən qurtulmaq zamanıdır. Yaşamınızı yeni dəyərlərlə zənginləşdirməyə tələsməyin. İntuisiyanıza qulaq asın. Mövqe və ya fikrinizi yaxın ətrafınızdakı insanlara israrla qəbul etdirməyə çalışmayın. Həmfikirlərin ümumi iş istiqamətində daha aktiv olmalarını təmin edə biləcək işlər görə bilərsiniz.

Şir - kollektivdəki şərait intriqalara meyllidir. İstənilən mövzuda emosional mövzu var. Şəxsi marağınız və mənafelərinizin olduğu müstəvidə aktiv olun. İştirakınız gərəkən işlər arasında ən mühümünü seçin. İkinci dərəcəli işləri müəyyənləşdirərək onların bəzilərini təxirə sala bilərsiniz. Bir mövzunun çərçivəsində qalmayın. Hadisələrin qəflətən dəyişə biləcək ritminə riayət edin. Axşam saatlarında özünüzü rahat hiss edə biləcəyiniz məkana yollanın. Qüvvə və imkanlarınızın sərhədlərini dürüst müəyyənləşdirin.

Qız - planlaşdırılmamış tədbirlər və hadisələr üçün "boş" vaxt saxlayın. Şəxsi münasibətlərdə sadəlövh olmayın, emosiyaların əsarətinə düşməyin. Bir qədər nəfəs dərin, ətrafınıza baxın, şəraiti dəyərləndirin, təmayüllərə qiymət verin.

Tərəzi - hadisələrin ritmi zəif, emosional durum qeyri-stabildir. İşdəki problemlərin ailədə yaxınlarınız, sevdiyiniz insandan narazılığa çevrilməsinə imkan verməyin. Fəaliyyətinizdə köklü yenidənqurma və ya dəyişikliklər etməyə can atmayın. Əks təqdirdə sizi hansısa güzəştə getməyə, üstünlüklərinizin bir qismini başqasına bağışlamağa çağıracaqlar.

Əqrəb - seçim prosesinizi sürətləndirə biləcək insanla görüş istisna deyil. Münasibətlərdə stabilliyi qorumaq istəyirsinizsə, sadə olayları mürəkkəbləşdirməyin. Axşam saatlarında dəvətlərdən imtina etməyin. Gəzinti, dadlı şam yeməyi yaşamdan həzz almağınıza yardım edəcək.

Oxatan - cari işlərin çərçivəsində qalın. Problemlərin çözümünə yaradıcı yanaşın. Nəyisə dəyişmək zamanıdır. Diqqətinizin periferiyasında qalmış ünsürə diqqət yetirin. Günün ikinci yarısı daha aram olacaq, amma emosiyalar səngiməyəcək. İddialar və tələblər azalır. Fikrinizi səlis izhar edin. Ən kiçik məsələlərdə də səmimi olun.

Oğlaq - ləng, süst, astagəl olmayın. Rəhbərlik və ya tərəfdaşlar narazı qala bilərlər. Nöqsanlarla səhvləri sıralamayın. Qısqanclıq, hövsələsizlik, səbirsizlik etməyin. Daxili münaqişə ilə qarşılaşaraq ətrafınızdakı insanların münasibətlərinin pisləşməsini laqeydliklə izləməyin. İşgüzar və şəxsi münasibətlər emosiyaların təsiri altında dəyişməsin.

Dolça - alış-verişdə bədxərclik etməyin, məntiqli və soyuqqanlı davranın. Retroqrad, mühafizəkar insanlar sizi ləngitməyə, maneçiliklər yaratmağa, sədlər ucaltmağa çalışacaqlar. Sizin üçün böyük əhəmiyyət kəsb edən insanlardan biri ilə münasibətlərdə sərinləşmə meylləri yarana bilər. Hadisələrə spontan reaksiya əlavə çətinliklər yaradaraq qarşı tərəfin narazılığa səbəb ola bilər.

Balıqlar - işləri əvvəlcədən dəqiq planlaşdırmasanız, günün ilk yarısı qarışıq və laübalı olacaq. Situasiyadakı ümumi nevroz vəziyyəti nəzərə alın. Tələsiklik, fikirlərdəki və hərəkətlərdəki məntiqsizlik, emosiyaların əsarətinə düşmək işlərdə ciddi problemlər yarada bilər. İşinizin bir qismini başqasına həvalə etmək və ya yaxın ətrafınızdakı adamlardan birindən aktivliyin istənilməsi kəskin etirazlara səbəb olacaq.








LoVe Fire от 1 mart 2016 16:40
Burcumu oxudum paylawydincun sagol canim,
--------------------
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ