Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
20.02.2016 Gündlik Bürclər

20.02.2016 Gündlik Bürclər

20.02.2016 Gündlik Bürclər


Qoç- Göstəricilər düşərli bir gün yaşayacağınızı bəyan edir. Xislətinizdən asılı olaraq ətrafda hər şey gözəl olacaq. Amma vaxt tapıb müqəddəs ziyarətgahlarımıza da baş çəkməyə çalışın.

Buğa- O qədər də səmərəli təqvim deyil. Bir tərəfdən cəhdlərinizin boşa çıxması, digər tərəfdənsə səhhətinizlə bağlı problemlərin baş qaldırması əsəblərinizə mənfi təsir göstərə bilər.

Əkizlər– Saat 15:46-ya qədər mənfi enerjili Ay bürcünüzdə qərar tutacaq. Buna baxmayaraq, kifayət qədər dəyərli bir gün yaşayacaqsınız. Atdığınız addımlar ətrafda sizə qarşı rəğbət yaradacaq.

Xərçəng- Hansısa xoşgəlməzlik haqqında düşünməyə dəyməz. Çünki ulduzların düzümü günün əksər saatlarını xoş ovqatda keçirəcəyinizi bildirir. Təzə xəbərlər və büdcədə artım da gözlənilir.

Şir- Ailə-sevgi münasibətlərində bütün proseslər ürəyinizcə olacaq. Bu səbəbdən də qarşı tərəfin rəylərinə hörmətlə yanaşmalısınız. Yeni sövdələşmələrdə təşəbbüskarlığı ələ alın.

Qız - Həddindən ziyadə məhsuldar gündür. Nəzərdə tutduğunuz planların əksəriyyətini reallaşdıra biləcəksiniz. Yeni təkliflərə razılıq verin. Əks təqdirdə müttəfiqlərinizi itirəcəksiniz.

Tərəzi- Təxminən saat 13-ə qədər ümumi əhvalınızda gərginlik müşahidə olunsa da, sonrakı müddəti normal şəkildə başa vura biləcəksiniz. Bütün iş və görüşlərinizdə Allahı yaddan çıxarmayın.

Əqrəb- Yaxşı olar ki, vaxtınızı bütünlüklə münasibətlərin tənzimlənməsinə həsr edəsiniz. Çünki hesablamalar fəaliyyətdə passivliyin hökm sürəcəyini göstərir. Dini dəyərlərə hörmət edin.

Oxatan- Hiss olunur ki, ətrafınızda olanların əksəriyyəti fikirlərinizə qarşıdır. Lakin bunu əsəbi şəkildə qəbul etməməlisiniz. Sübut edin ki, haqqınızda deyilənlər doğru deyil.


Oğlaq- Qərarlarınızda qətiyyətli olmasanız, qarşınıza çıxan mühüm şanslarınızı itirəcəksiniz. Risk etməkdən qorxmayın. Hər şeydən əlinizi üzəndə heç olmasa sevgi amilindən bəhrələnin.

Dolça– Bəxtinizdə müəyyən qədər mübahisəli bir tarix durur. Odur ki, istər evdə, istərsə də iş yerində çılğınlıqdan uzaq olmalısınız. Konflikt yaratmaqdansa, barışdırıcı mövqe seçin.

Balıqlar- Yeni simalarla rastlaşma ehtimalınız böyükdür. Ola bilsin ki, qarşılaşdığınız adamların bir çoxu mövcud problemlərinizin həllində əsaslı rol oynasın. Odur ki, buna hazır olun.








LoVe Fire от 20 fevral 2016 15:26
Burcumu oxudum:)paylawdigincun sagol canim.
--------------------
Suzana от 20 fevral 2016 22:00
oz burcumu oxudum sagolum )
--------------------
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ